Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın yeni meyvə-tərəvəz bazarları hansı ölkələr ola bilər? - AKTUAL

Azərbaycanın yeni meyvə-tərəvəz bazarları hansı ölkələr ola bilər? - AKTUAL





Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") dekabrın 6-dan Azərbaycanın daha 12 müəssisəsinə pomidor və alma tədarükünə icazə verib.

Bu barədə agentliyin saytında məlumat verilib.

Məlumata görə, “Rosselxoznadzor" dekabrın 6-dan 7-si pomidor, 5-i isə alma istehsal edən 12 müəssisədən pomidor və alma idxal edəcək.

Qeyd edək ki, "Rosselxoznadzor" ötən il dekabrın 10-dan Azərbaycandan alma və pomidorun tədarükünə müvəqqəti məhdudiyyətlər qoyub. Xidmət xatırladır ki, onlarda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlanıb.

Rusiyanın qadağaları Azərbaycanın pomidor şirkətlərinə 40 milyon dollar zərər vurduğu açıqlanmışdı. Artıq uzun müddətdir ki, Rusiyanın "qaytar, yenidən gətir" oyunu davam edir.

Bu "oyunlar" zamanı isə istehsalçının məhsulları da xarab olaraq yararsız vəziyyətə düşür.

Hazırda daxili bazarın təminatı ilə yanaşı ixracın da mühüm olduğunu nəzərə alsaq, mövcud problemin həlli kimi yeni xarici bazarlara çıxış əldə etmək mümkündürmü?

İqtisadçı-ekspert Elşən Bağırzadə Cebhe.info-ya bununla bağlı bildirdi ki, daxili bazarla yanaşı ixrac da mühüm əhəmiyyət kəsb edir:

"Şübhəsiz ki, dövlət daxili bazarda ərzaq təhlükəsizliyinin təmin edilməsini daim diqqətdə saxlamalıdır. Ancaq bu o demək deyil ki, hər hansı kənd təsərrüfatı məhsulu ilk daxili bazarı təmin etmək səbəbindən ixrac edilməməlidir.

Əgər xarici bazarlarda bu imkanlar varsa və daxili bazardan daha yüksək qiymətlər təklif edilirsə, ixrac normal haldır. Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı məhsullarının saxlanma müddəti qısa və saxlanma xərcləri isə yüksəkdir".

Ekspertin sözlərinə görə, ixracda hər hansı bir xarici bazardan asılı olmaq yaxşı hal deyil:

"Azərbaycan, ən azından digər qonşu ölkə bazarlarında da kənd təsərrüfatı məhsullarının satışını reallaşdırmağı bacarmalıdır. Xüsusilə Qazaxıstan və onun qərb regionları bu baxımdan böyük potensiala malikdir. Eləcə də Türkmənistan bazarı da bu baxımdan müəyyən potensiala malik olmaqla diqqətdə saxlanılmalıdır".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ