Sizin reklam burada
Sizin reklam burada

İrəvan “hazıram” deyir: hansı şərt, hansı xəritə ilə? - GƏLİŞMƏ

İrəvan “hazıram” deyir: hansı şərt, hansı xəritə ilə? - GƏLİŞMƏ




Burda əsas məsələ odur ki, Ermənistan demarkasiyaya razılıq verdiyinə dair yazılı öhdəlik götürdü. Sadəcə sual yaranır ki, İrəvan bu hazırlığa necə başlayır, nə qədər səmimidir?
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev İrəvanın demarkasiyaya başlamağa hazır olması və bununla bağlı Moskvaya yazılı müraciət göndərməsini şərh edərkən deyib.
Politoloq İrəvanın bu açıqlamasının hələ məsələyə konstruktiv yanaşdığı anlamına gəlmədiyini bildirib:
“Ermənistan bir tərəfdən deyir ki, sərhədlər müəyyənləşsin, digər tərəfdən isə Azərbaycan Ordusunun durduğu mövqenin ona aid olduğunu bildirib, haray-həşir salır. Azərbaycan Ordusu SSRİ xəritələri ilə hərəkət edir, öz torpağımızdadır, İrəvanın demarkasiya olmadan bu cür reaksiyası danışıqları pozmağa və mümkün ərazi müzakirələrini indidən öz xeyrinə dəyişmək üçün beynəlxalq dəstək axtarmağa yönəlmiş həyasızlıqdır”.
Politoloq bildirib ki, əsas məqam Azərbaycanın hansı xəritələrlə demarkasiyaya başlamağa razı olmasıdır:
“Yalnız o xəritələr razılaşdırılandan sonra hansısa pozitiv addımdan danışmaq olar. İndi isə Ermənistanın bir yandan demarkasiyaya hazır olduğunu deyib, digər yandan əleyhimizə kampaniya aparması sübut edir ki, İrəvan oyun oynayır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ