Sizin reklam burada
Sizin reklam burada

Elman Rüstəmovun bibisi oğlu və şəriki Talıb Quliyevin qara əməlləri- Talıb Quliyevin 15-20 min dollarlıq eşq macəraları...

Elman Rüstəmovun bibisi oğlu və şəriki Talıb Quliyevin qara əməlləri- Talıb Quliyevin 15-20 min dollarlıq eşq macəraları...




Mərkəzi Bankın sədri Elman Rüstəmovun adı mediada daha çox bibisi oğlu Talıb Quliyevlə birgə hallanıb.
Diqqətli oxucuların yaxşı yadında olar ki, bir müddət əvvəl Planet şadlıq sarayının ətrafda yaşayan sakinlər üçün problem yaratması ciddi müzakirə mövzusu olmuşdur. Ondan az müddət sonra isə Nizami rayonu ərazisində “Karvan-K” İstehsalat Kommersiya Şirkəti tərəfindən yaşıllıqların məhv edilməsi gündəmə gəlmişdi.
Həmin vaxt bəlli oldu ki, “ Karvan-K” şirkəti “Planet” şadlıq sarayının mülkiyyətçisidir və şadlıq sarayı baş bankirə məxsusdur. Hətta deyilənə görə, PLANET-in baş hərfləri Elman Rüstəmovun yaxınlarının ismi-şərifidir.
Yaşıllıqların qırılması məsələsi Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıldı. Amma...
Amması odur ki, araşdırma nəticəsində iş icraçısı və fəhlələr məsuliyyətə cəlb olunsa da əsas günahkar kənarda qaldı.
Söhbət hadisə yerində iştirak edən, hətta Ekologiya Nazirliyinin əməkdaşlarına qarşı zor tətbiq edən Talıb Quliyevdən gedir.
Təsəvvür edirsiniz, nazirliyin əməkdaşlarına hədə-qorxu gələn, “Mən tapşırmışam ağacları qırıblar” deyən Talıb Quliyev barəsində heç bir qurum tədbir görə bilmədi.
Bəli, Baş bankirin bibisi oğlu olan Talıb Quliyev həm də Elman Rüstəmovun biznesini idarə edir. Əslində Planet şadlıq sarayı da, “Karvan-K” şirkəti də Elman Rüstəmova məxsusdur.
Talıb Quliyev təkcə restoran biznesi ilə məşğul olmur. O, həm də neçə illərdir ki, Azərsu-nun ən bahalı tenderlərini udur. Sözün həqiqi mənasında udur.
Belə ki, Talıb Quliyevin Biləsuvarda, Lənkəranda, Ağcabədidə çəkdiyi kanalizasiya xətlərinin heç biri normal fəaliyyət göstərmir. Çünki bütün boruların dərinlikdə olan ötürücüləri quraşdırılmayıb, dəyəri milyonlarla olan avadanlıqlar hesabdan “silinib”. Bütün kanalizasiya xətləri bərbad durumdadır.
Əlbəttə, Talıb kimdir ki, bu boyda tenderləri uda bilsin. Bu şəraiti yaradan Talıbın dayısı oğlu Elman Rüstəmovdur. Konkret olaraq Elman Rüstəmov dövlət qurumlarına təzyiq edərək tender müsabiqəsini bibisi oğlunun xeyrinə həll edir. Əlbəttə, havayı yox. Qazanılan milyonlar qohumlar arasında bölünür.
Təsadüfi deyil ki, Talıb Quliyev qazandığı milyonlar hesabına Nizami rayonu ərazisindəki 2 mərtəbəli evləri satın alaraq göydələnlər tikdirir. Hətta binalardan biri yolun ortasında, Planetin yanında tikilib.
Talıb Quliyevin əməlləri bununla bitmir.
Bir müddət əvvəl Talıb Quliyev Sabunçunun icra başçısı ilə razılaşaraq Ramanı qəsəbəsində 10 hektar torpaq sahəsini hasara alıb, hətta özünə villa da tikdirib.
Talıb da başqa oliqarxlar kimi bahalı avtomobil kolleksiyasına sahibdir. Onun da övladları Almaniyada oxuyur, həyat yoldaşı da orada yaşayır.

Növbəti yazıda Talıb Quliyevin SOKAR-dakı əməlləri, Azərsu-nun sabiq sədri Qorxmaz Hüseynovu necə “zibilə salması” və digər işlərindən bəhs edəcəyik.
Bizi izləyin. //gundelik-baku.com//

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ