Sizin reklam burada
Sizin reklam burada

Məktəblərdə pandemik vəziyyət ağırlaşdı, dərslər dayandırılacaqmı? – Təhsil Nazirliyindən AÇIQLAMA

Məktəblərdə pandemik vəziyyət ağırlaşdı, dərslər dayandırılacaqmı? – Təhsil Nazirliyindən AÇIQLAMA

Bu gün 20 nömrəli mərkəzi məktəbin koronavirus yoluxmasına görə, iki həftəlik bağlanılması məktəblərin bağlanması ilə bağlı söhbəti bir az da aktuallaşdırıb.

Bəzi ekspertlər isə belə bir vəziyyətdə tezliklə təhsilin təcili distant formaya qaytarılmasını zəruri sayıblar.

BDU və ADNSU-da bəzi kurslarda tədrisin disatn formaya keçməsi də belə bir vəziyyətin qaçılmaz olduğu barədə fikir formalaşdırıb.

Bəs, real vəziyyət necədir, distant təhsilə qayıtmaq zərurəti yaranıbdırmı?

Bizim.Media məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib.

Qurum saytımızın göndərdiyi rəsmi sorğuya cavab olaraq bildirib ki, bu barədə heç bir məlumat olmadığı üçün yayılan xəbərlər əsasızdır.

“Qeyd olunan məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən qərar olduğu halda ictmaiyyətə məlumat veriləcək”.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ