Sizin reklam burada
Sizin reklam burada

İcra başçısını narkotikə görə həbs olunan şəxslə nə əlaqəsi?

İcra başçısını narkotikə görə həbs olunan şəxslə nə əlaqəsi?




Yasamal Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Mənzil-Kommunal Təsərrüfat Birliyi xüsusi növ məişət mallarının satın alınması ilə bağlı müsabiqəyə yekun vurub. REPORTYOR.info xəbər verir ki, müsabiqənin qalibi “Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub.

Qurumla QSC arasında maliyyə dəyəri 118 354 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlutlarında göstərilir ki, “Tikinti-Təmir-Bərpa-Təchizat” QSC-nin 18 mart 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu General Səmədbəy Mehmandarov, ev 98, mənzil 47-də yerləşir. QSC-nin qanuni təmsilçisi Əbilov Elçin İslam oğludur.

“Təmir-Tikinti-Bərpa-Təchizat” QSC şübhəli tenderlərdə istifadə olunan şirkətlərdən hesab edilir. Mediada bu şirkətin qalib olduğu tenderlərin qeyri-şəffaf keçirilməsi barədə iddialara rast gəlinir. Bu iddialar qarşı tərəfdən təkzib olunmayıb.

“Təmir-Tikinti-Təchizat-Bərpa” QSC tender kralları hesab edilən “İnpeks.N” MMC-ni və “VEST-LTD” QSC-ni əvəzləyir.

Bu iki şirkətin nizamnamə kapitalının eyni məbləğ daşıması və təşkilati-hüquqi formasının (QSC) üst-üstə düşməsi deyilənlərin əsaslı olduğuna şübhələri artırır.

“Təmir-Tikinti-Təchizat-Bərpa” QSC-nin qanuni təmsilçisi Elçin Əbilova gəlincə, onun adı cinayət işində keçir. Onun adına Vahid Məhkəmə Portalınada rast gəlinir.

Şirvan Apellyasiya Məhkəməsi Elçin Əbilov Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs kimi mühakimə edib. Məhkəmənin nəticəsi barədə açıq mənbələrdə hər hansı bilgi yoxdur. Elçin Əbilovun ittiham olunduğu maddədə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovdur. O, 2015-ci ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Gənclər və idman komitəsinin, Elm və təhsil komitəsinin üzvü olub. 2019-cu ildən isə Yasamalın icra başçısıdır.
Elşad Həsənov bu vəzifəyə təyin olunandan adı müxtəlif qalmaqallı olaylarda hallanır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ