Sizin reklam burada
Sizin reklam burada

“Nar” ADAMUN Gənclər Forumunun keçirilməsinə dəstək oldu

“Nar” ADAMUN Gənclər Forumunun keçirilməsinə dəstək oldu





Gənclərin bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən “Nar” ADA BMT Modeli Klubunun (ADAMUN) təşkilatçılığı ilə keçirilən Gənclər Forumuna dəstək oldu.

Qanunpress.com xəbər verir ki, forumun məqsədi gənclərin üzləşdikləri problemlərin mütəxəssislər tərəfindən işıqlandırılması, gənclərlə birlikdə müzakirə və təhlilinin həyata keçirilməsi, eləcə də gənclərin bu problemləri həll etməyə yönəlmiş təkliflərinin irəli sürülməsində birbaşa iştirakının təmin olunmasıdır.

Qeyd edək ki, 3 gün davam edən forumda gənclər komandalara bölünərək, müxtəlif layihə ideyaları üzərində araşdırma və müzakirə apardı, layihə təkliflərini hazırladı və təqdimatını etdilər. Təqdimatların sonunda ən yüksək nəticə göstərmiş 3 layihə və müəllif komandalar mükafatlandırıldı.

Qeyd edək ki, ADA BMT Modeli klubu (ADAMUN) 2012-ci ildən fəaliyyət göstərir və ölkə daxilində minlərlə gəncin inkişafına töhfə verib.
“Nar” ADAMUN Gənclər Forumunun keçirilməsinə dəstək oldu

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ