Sizin reklam burada
Sizin reklam burada

Rayonlararası avtobuslar BAĞLANIR? - AÇIQLAMA

Rayonlararası avtobuslar BAĞLANIR? - AÇIQLAMA




Son vaxtlar ölkədə gərginləşən epidemioloji duruma əlaqədar olaraq şəhərlərarası və rayonlarası fəaliyyət göstərən ictimai nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılacağı söylənilir.

Sosial şəbəkələrdə yoluxma və ölüm sayının kritik həddə olduğu bir vaxtda rayonlararası işləyən avtobusların bağlanması təklif olunur.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova Nazirlər Kabinetinə belə bir müraciət etmədiklərini deyib:

“Bütün pandemiya qaydalarına və tələblərinə cavab verən formada sərnişindaşıma təmin olunur. Bakı Beynəlxalq Avtovağzaldan respublikanın bütün regionlara, o cümlədən 56 avtovağzal stansiyasından paytaxta gediş-gəliş həyata keçirilir.

Məhdudlaşdırma ilə bağlı nə tərəfimizdən müraciət olunub, nə də buna əsas olacaq səbəb var. Təbii ki, yoluxmada artım var. Amma bunun qarşısının alınması və insanlarının sağlamlığını təhlükəsizliyinin tminatı üçün avtovağzalarda bütün tədbirlər görülür”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarı ilə mayın 31-dən ölkədə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti tam bərpa edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ