Sizin reklam burada
Sizin reklam burada

İqlim dəyişkənliyinin təhlükəli faktoru AÇIQLANDI

İqlim dəyişkənliyinin təhlükəli faktoru AÇIQLANDI




London Imperial Kolleci və Şərqi İngiltərə Universitetinin alimləri buludların uzun müddətə qlobal istiləşməni gücləndirəcəyini və iqlim dəyişikliyini daha da artıracağını kəşf ediblər.

Cebhe.info xəbər verir ki, bu barədə mütəxəssislər araşdırmanın nəticələrini "Proceedings of the National Academy of Sciences" jurnalında dərc ediblər.

Alimlər bildiriblər ki, sıxlığa və formalaşma hündürlüyünə görə buludlar istiləşməni gücləndirə və ya zəiflədə bilən faktordur.

"Aşağıda yerləşən buludlar günəş işığının yer üzünə nüfuz etməsinin qarşısını aldığından sərinləşdirici təsir göstərir. Lakin yüksəkdəki buludlar təhlükəlidir, çünki səthdən yayılan enerjini tutaraq fəzaya çıxmasına mane olur", - məqalədə yazılıb.

Qeyd edək ki, alimlər tədqiqat zamanı iqlim şəraiti ilə bulud örtüyü arasındakı əlaqələri peyk müşahidələri ilə təhlil ediblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ