Sizin reklam burada
Sizin reklam burada

12 nəfərlik masa, etiraz edən sahibkar, qazi: AQTA əməkdaşlarının kef məclisi - FOTOLAR

12 nəfərlik masa, etiraz edən sahibkar, qazi: AQTA əməkdaşlarının kef məclisi - FOTOLAR




Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları hər gün bizi yoxlayırlar, hər xırda detalı bəhanə edib bizi cərimələyirlər, amma özləri qaydalara əməl etmirlər.


Bunu AFN-ə müraciət edən iş adamları deyirlər. Onlar həmçinin redaksiyamıza AQTA əməkdaşlarının karantin qaydalarını pozmaları ilə bağlı foto göndərərək bunun hegemonluqdan başqa adı yoxdur.
Qeyd edək ki, həmin fotoda AQTA Xaçmaz Regional İdarəsinin əməkdaşları restoranda əyləşiblər. İlk baxışdan təbii ki, burada qəbahət yoxdur, lakin bir masa arxasında 12 nəfərin görüntülənməsi bu qurumun öz işinə nə qədər "məsuliyyətlə" yanaşdığının göstəricisidir. Halbuki kafe və restoranlarda masa arxasında karantin qaydalarına uyğun sayda adamın ətləşməsinə məhz AQTA nəzarət edir. Belə olan halda sahibkarlar haqlı olaraq sual edirlər: bizim obyektlərimizdə qaydalarda nəzərdə tutulan saydan bir nəfər artıq əyləşdikdə cərimə olunuruqsa, AQTA əməkdaşlarının özəlliyi nədir ki, bir masa arxasında 12 nəfər otururlar?
Cərimə demişkən, Qarabağ qazisi Fəxrəddin Əli işlədiyi obyektin AQTA əməkdaşları tərəfindən ona görə görə cərimələnməsi haqda yazıb. Qazi bildirir ki, maska burnunun üstündə olmadığına görə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu əməkdaşı və Səhiyyə Naziliyi əməkdaşı Xaliqov Malik Mütəllim oğlu işlədiyi restorana 300 azn cərimə yazıb: "Qazi olaraq yazmamasını xahiş etsəm də, xeyri olmadı. Özünə bildirdim ki, mümkünsə cərimə yazmasın. Döyüşlərdə ağır soyuqdəymə keçirdiyimi və ciyərlərimin soyuqladığını bildirdim. Maska taxmamaq üçün səbəbim də olduğunu dedim, amma bununla belə yazdı, heç dönüb mən tərəfə baxmadı da".
AQTA-nın mətbuat xidmətindən AFN-ə bildirildi ki, sahibkarların şikayətçi olduğu foto qurum tərəfindən araşdırılıb və məlum olub ki, fotodakı şəxslərdən bir neçəsi hazırda AQTA-nın Regional bölmə əməkdaşları, onların yaxınları və ailə üzvləridir: "Həmin foto bayram günlərində regionlardan birində açıq hava şəraitində çəkilib. Qeyd edək ki, artıq həmin əməkdaşların hər birindən müvafiq izahatlar alınıb və onlarla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcəkdir".
Qazi Fəxrəddin Əli ilə bağlı isə qurum susmağa üstünlük verdi. Onu da diqqətə çatdıraq ki, foto redaksiyamıza bayram günlərindən əvvəl təqdim edilib.
12 nəfərlik masa, etiraz edən sahibkar, qazi: AQTA əməkdaşlarının kef məclisi - FOTOLAR
12 nəfərlik masa, etiraz edən sahibkar, qazi: AQTA əməkdaşlarının kef məclisi - FOTOLAR

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ