Sizin reklam burada
Sizin reklam burada

Masallının "srok" yatan bələdiyyə sədri... - Özü dedi ki...

Masallının "srok" yatan bələdiyyə sədri... - Özü dedi ki...






Masallıda ilk hökumət məktəbi 130 il öncə Qızılağacda yaradılıb. Bura ünlü seyid Mir Həsən Ağanın yurdudur. Bu kənd xeyli ölkə şöhrətli rəhbər işçi - nazir müavini, millət vəkili, 1-ci katib, icra başçısı, digər rəhbər və nüfuzli sahələrdə çalışmış Əli Əsgərov, İbrahim Səlimov, İltifat Məmmədov, Şakir Abuşov, Qulam Səfərov, Ədalət Hüseynov, Şahin Musaoğlu, onlarla ölkə şöhrətli ailimin, Masallıda rəhbər vəzifələrdə çalışmış şəxslərin yurdudur. Doğrudanmı, belə kadr qıtlığıdır ki, Qızılağac kimi 7 minə yaxın əhalisi olan kəndə “ağ balıq” alverçiliyinə görə dəfələrlə həbs edilmiş, adı onlarla saxta əməlllərdə hallanan şəxsə gah ərazi nümayəndəliyi, gah bələdiyyə sədri kürsüsü etibar edilsin. Belələrini himayə edənlər hansı maraqlara söykənir və Niyə, Niyə, Niyə belələrini başa çıxardırlar?

Bələdiyyələr yaranandan Masallı rayonunun Qızılağac kəndindən bu qurumla bağlı gələn bəd xəbərlərin ardı-arası kəsilmir. Vaxti ilə rəhbərlik etdiyim “Cənub xəbərləri” qəzetində bu barədə, yəni Qızılağac bələdiyyəsi, onun sədrinin bəd əməlləri barədə silsilə yazılar çap etdik. Qızılağac bələdiyyəsinin o vaxtki bələdiyyə sədri Mina Quliyeva vəzifəsi ilə vidalaşanda, elə güman etdi ki, daha hər şey yoluna düşər. Hələ bu münasibətlə “Qızılağac “mina”lardan təmizlənir” adlı məqalə də yazdıq. Lakin yenə də Qızılağac bələdiyyəsindən partlamamış “mina”ların səsi gəlir.

Bu günlərdə “Mübahise.az” saytı (əvvəllər isə azsabah.az) yenə də Qızılağac bələdiyyəsi ilə, onun sədri Şamil Məmmədovla bağlı heç də xoş olmayan məlumatlar paylaşıb. Onlardan ən diqqət çəkəni Şamil Məmmədovun 3 dəfə həbsdə olunmasıdır.

Yayılan məlumatları dəqiqləşdirmək üçün Şamil Məmmədovla zəngləşdik və görüşdük. Ş. Məmmədov 3 dəfə məhkumluq həyata yaşamasını, yəni üst-üstə 9 il həbs cəzası almasını özü də etiraf etdi. Lakin əlavə edərək bildir ki, o həbslər saytlarda göstərilən səbəblər görə yox, ardıcılı olaraq qanunsuz “ağ balıq” və kürü alverinə görə baş verib. (Adamın yadına, “Xan, vallah öpməmişəm, amma 3 dəfə çimdəkləmişəm” söhbəti düşüdü.)

Onun haqqında, daha doğrusu, bir çox işlərdə saxtakarlıq etməsi ilə bağlı yazılanları isə şər-böhtan adlandırdı.

Bildirdik ki, dediklərini kamera vasitəsi ilə efirə desin. Dedi ki, gərək icra hakimiyyətindəki məsul şəxslə məsləhətləşəm. İki-üç dəfə otaqdan çıxıb harasa zəng etsə də, sonda bildirdi ki, telefon zənglərinə cavab vermirlər.

Sonda razılaşdıq ki, həmin məhkəmə qərarlarının surətlərini telefon vasitəsi ilə bizə yollasın. Razılaşıb getdi. Daha sonra bir diplom və 2-3 xəndək, lapet, traktor şəkilləri yollasa da, məhkəmə qərarlarını yollamadı. Xahişimizi təkrarlasaq da, yenə soraq olmadı. Söz verdi ki, həftənin 1-ci günü, mayın ayının 10-da gələcək, sonra heç telefonlara da cavab vermədi.

Hazırda Masallı rayon prokurorluğunda bununla bağlı araşdırma aparılır.

Biz isə hələ də Şamil müəllimdən digər suallara cavab gözləyirik.

Əks halda həmin sualları onun cavabları olmadan izləyicilərin diqqətinə çatdırmağ məcburiyyətində qalacağıq.

Həm də aydınlaşdırmağa çalışacağıq ki, Qızılağac kimi möhtəşəm tarixi olan kəndə belə “unudulmaz” həyat yolu olan şəxsi nədən gah ərazi nümayəndəliyi, gah bələdiyyə sədrliyi etibar edirlər. Xatırladaq ki, Qızılağac təkcə Masallıda yox, ölkə miqyasında tanınan bir kənddir.

Masallıda ilk hökumət məktəbi 130 il öncə Qızılağacda yaradılıb. Bura ünlü seyid Mir Həsən Ağanın yurdudur. Bu kənd xeyli ölkə şöhrətli rəhbər işçi - nazir müavini, millət vəkili, 1-ci katib, icra başçısı, digər rəhbər və nüfuzli sahələrdə çalışmış Əli Əsgərov, İbrahim Səlimov, İltifat Məmmədov, Şakir Abuşov, Qulam Səfərov, Ədalət Hüseynov, Şahin Musaoğlu, onlarla ölkə şöhrətli ailimin, Masallıda rəhbər vəzifələrdə çalışmış şəxslərin yurdudur. Doğrudanmı, belə kadr qıtlığıdır ki, Qızılağac kimi 7 minə yaxın əhalisi olan kəndə “ağ balıq” alverçiliyinə görə dəfələrlə həbs edilmiş, adı onlarla saxta əməlllərdə hallanan şəxsə gah ərazi nümayəndəliyi, gah bələdiyyə sədri kürsüsü etibar edilsin. Belələrini himayə edənlər hansı maraqlara söykənir və Niyə, Niyə, Niyə belələrini başa çıxardırlar?

Bununla bağlı ciddi araşdırma aparmaq niyyətindəyik. Həm də qızılağacllıların fikrini bilmək maraqlı olardı. Doğrudanmı, bu kənddə yüzlərlə imkanlı şəxs saxta sənədlərlə ünvanlı yardım alır? Doğrudanmı, Şamil müəllimdə ölən şəxslərin də adına kart var? Doğrudanmı, yüz hektarlarla örüş yerləri və digər torpaqların 10 min manatlarla icarə pulları mənimsənilir? Bəlkə qızlağacllılar elə “mina”lanmış sahədə gəzməyi xoşlayırlar?

Yəqin ki, yaxın vaxtlarda paytaxtdan çəkiliş qrupları dəvət edib, qızlağacllılar arasında rəy sorğusu keçirtmək , respublika prokurorluğundan yayılan məlumatların dəqiqliyi üçün istintaq qrupu çağırmaq məcburiyyətində qalacağıq ki,nəyin ağ, nəyin qara olduğunu, turba satışından, saxta sənəd alverinə kimi şübhəli məlumatlara olmaqla hər şey aydınlaşsın. Yəqin ki, bu, ölkə başçsı cənab İlham Əliyevin son vaxtlar dediyi kəskin fikirlərlə də həmahəng olar.

Cenub.az Zahir Əmənov

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ