Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası başlayıb.
Bu haqda Türkiyə mediası məlumat yayıb.
İclasın gündəliyində bir neçə gün öncə TUSAŞ aerokosmik istehsalat müəssisəsinə edilən hücum, PKK-ya qarşı əməliyyatlar, eləcə də Yaxın Şərqdə artan gərginlik var.
Habelə, İran-İsrail və İsrail-Livan arasında artan gərginlik və Türkiyəyə mümkün təsirləri də dəyərləndirilir.
İclasda inflyasiyaya qarşı mübarizə, investisiya, məşğulluq və qiymət sabitliyi kimi məsələlərlə bağlı son vəziyyət də müzakirə olunur.