Ermənistan Konstitusiya Məhkəməsi dövlət sərhədinin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının işi haqqında Əsasnamənin ölkə Konstitusiyasına uyğunluğu məsələsi ilə bağlı qərarını dərc edib.
“Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, müzakirələr nəticəsində əsasnamənin əsas qanunun müddəalarını pozmadığı bildirilib.
“Konstitusiyanın 170-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, bu qərar qətidir və dərc edildiyi gündən qüvvəyə minir”, - qərarda deyilir.