Sizin reklam burada
Sizin reklam burada

"Rusiya Severodonetski nəzarətə almaq cəhdlərini dayandırmır" - Ukrayna Baş Qərargahı

"Rusiya Severodonetski nəzarətə almaq cəhdlərini dayandırmır" - Ukrayna Baş Qərargahı



Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın işğalçı qüvvələrinə qarşı müqavimətin 113-cü günündə operativ məlumat yayıb.
Qanunpress.com Report”a istinadla xəbər verir ki, məlumat Baş Qərargahın feysbuk səhifəsində dərc edilib.

Bildirilib ki, Rusiya qoşunları müvafiq olaraq Çerniqov və Sumı vilayətlərinin müvafiq olaraq Leonovka və Baçevsk rayonlarında Ukrayna qüvvələrinin mövqelərini artilleriya atəşinə tutub. Xarkov istiqamətində Rusiya qüvvələri Bazaliyevka, Udı və Yuxarı Saltov yaşayış məntəqələri ərazilərində çoxsaylı reaktiv raket sistemləri də daxil olmaqla intensiv artilleriya atəşi həyata keçirib.

Bundan başqa, Slavyansk istiqamətində Rusiya qüvvələri hücum əməliyyatları aparır. Prişib, Dolina, Karnauxovka və Vernopolye yaxınlığında müxtəlif çaplı artilleriyadan mülki infrastrukturu atəşə tutur.

Donetsk istiqamətində Rusiya hərbçiləri təmas xətti boyunca döyüş aparır. Onların əsas səyləri Baxmut istiqamətində cəmlənib:

“Severodonetsk istiqamətində işğalçılar Beloqorovka, Lisiçansk, Severodonetsk yaşayış məntəqələri ərazilərində mövcud olan bütün atıcı silahlardan qoşunlarımızın bölmələrini atəşə tutmağa davam edirlər”.

Baş Qərargah qeyd edib ki, işğalçı qüvvələr Severodonetsk üzərində tam nəzarəti bərqərar etmək cəhdlərini dayandırmır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ