Sizin reklam burada
Sizin reklam burada

"Ermənistan ordusunda biabırçı ixtisarlar olacaq" - "İravunk"

"Ermənistan ordusunda biabırçı ixtisarlar olacaq" - "İravunk"




Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti ordunun, hərb sisteminin sıradan çıxmasına səbəb oldu. İrəvanın işğal olunmuş ərazilərdən çıxardığı hərbi hissələr belə bu gün ölkədə normal ordu quruculuğuna yardım edə bilmir.
AzVision.az xəbər verir ki, bu barədə həyəcan təbili çalan yerli media hakimiyyətin hələlik gizli saxladığı daha bir maraqlı faktı üzə çıxarıb.
"İravunk" nəşri yazır ki, bu günlərdə Müdafiə Nazirliyində ciddi və biabırçı ixtisarlar gözlənilir. Üstəlik, bəzi polkovniklər artıq öz istəkləri ilə işdən çıxarılıb.

- Qaynağımızın bildirdiyinə görə, yaxın gələcəkdə nazirlik dövlət qulluğuna da "əl gəzdirəcək". Xatırladaq ki, bir neçə ay əvvəl "İravunk" olaraq Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Müdafiə Nazirliyinə birləşdiriləcəyini və bunun yalnız hərbçilərdən ibarət "dövlət qulluğu" anlayışının ortaya çıxması üçün bir bəhanə olacağını yazmışdıq. Orduda yalnız hərbçilər qalacaq, rütbələr Müdafiə Nazirliyinin tabeliyinə veriləcək. Eyni zamanda, bu dəyişiklik nəticəsində bir sıra yüksək hərbi rütbələr aşağı düşə bilər. Məsələn, bir zabit çavuş olacaq, polkovnik isə polkovnik-leytenant rütbəsinə düşə bilər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ