Sizin reklam burada
Sizin reklam burada

Saakaşvilinin son durumu NECƏDİR? - AÇIQLAMA

Saakaşvilinin son durumu NECƏDİR? - AÇIQLAMA



Saakaşvilinin tərəfdarları etiraz edir. Mixeilin özü də aclıq aksiyasını davam etdirir və ara-sıra müxtəlif məktublar yazır. Ukrayna lideri Zelenskiyə ünvanlanan namə də bu qəlibdəndir. Ümumiyyətlə, seçkilərin ikinci turundan qabaq Gürcüstanda vəziyyət nə yerdədir?

Bizim.Media bu suala cavab tapmaq üçün gürcü politoloq Gia Xuxaşvili ilə əlaqə saxladı.

Ekspertlər Klubunun üzvü bildirdi ki, seçkilərin ikinci turu keçirilənə qədər Saakaşvilinin məsələsi həll olunmayacaq:

“Çünki indi istənilən qərarlar hökümətin əleyhinə ola bilər. Seçkilərin ikinci turunda hökumət bəzi üstünlüklərə sahibdir. Amma bəzi subyektv faktorlar və müxalifətin yaxşı koordinasiyası ilə sürprizlər mümkündür. Əsas intriqa kimi Tbilisi meri postuna seçkilər qalır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ