Sizin reklam burada
Sizin reklam burada

Ermənistanda sabiq deputatın oğlunu və digər şəxsi güllələyən cinayətkar saxlanılıb

Ermənistanda sabiq deputatın oğlunu və digər şəxsi güllələyən cinayətkar saxlanılıb



Ermənistanın hüquq-mühafizə orqanları sentyabrın 24-də İrəvanın Abovyan küçəsində iki gəncə odlu silahdan atəş aşan cinayətkarın şəxsiyyətini müəyyən edib.

“Report” xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə bu, İrəvanın 1997-ci il təvəllüdlü sakinidir. Qeyd edilir ki, hadisə paytaxtdakı kafelərdən birində baş verib. Kafedə gənclər arasında yaranan mühabisə küçədə davam edib. Mübahisə zamanı silahlı şəxs üzərində qanunsuz gəzdirdiyi tapançadan bir neçə dəfə atəş açıb. Nəticədə onunla mübahisə edən hər iki gənc yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan biri orada ölüb.

Qeyd edək ki, hadisə zamanı xəsarət alanlar 23 yaşlı Arman Xaçatryan və 24 yaşlı Sergey Melikyan olub. Sergey Melikyan Ermənistanın Respublika Partiyasından olan keçmiş deputat Qaqik Melikyanın oğludur.

Hadisəni törədən şəxs cinayət məcəlləsinin qətl və qanunsuz silah gəzdirmə maddələri üzrə saxlanılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ