Sizin reklam burada
Sizin reklam burada

"Taliban" Almaniya ilə əməkdaşlıq etmək istəyir

"Taliban" Almaniya ilə əməkdaşlıq etmək istəyir




"Taliban" Almaniya Federativ Respublikası ilə diplomatik əlaqələr qurmaq istəyir.

Qanunpress.com xəbər verir ki, bunu hərəkatının nümayəndəsi Zabihullah Mücahid "Welt am Sonntag" qəzetində dərc olunan məqaləsində bildirib.

"Almaniya ilə rəsmi şəkildə diplomatik əlaqələr qurmaq istəyirik. "Taliban" digər ölkələrdən olduğu kimi, Almaniyadan da maddi dəstək və humanitar yardım almaq, həmçinin sağlamlıq, təhsil və kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək istərdi", - Mücahid vurğulayıb.

Qeyd edək ki, bu ilin avqustun 15-də Əfqanıstanda "Taliban" hakimiyyətə gəldikdən sonra Almaniya Kabildəki səfirliyini bağlayıb.

Rəsmi Berlin son həftələrdə Dohada "Taliban"la danışıqlar aparır. Danışıqların mövzusu təxliyə şərtlərinin tərəflər arasında razılaşdırılmasıdır.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ