Sizin reklam burada
Sizin reklam burada

Ukrayna müharibə havasındadır: - “Hədəfi Donbası azad etməkdir”

Ukrayna müharibə havasındadır: - “Hədəfi Donbası azad etməkdir”




Ukrayna Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələri Türkiyədən ilk “Bayraktar TB2” zərbə PUA kompleksini alıb. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
“Hərbi-Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş “Bayraktar TB2” zərbə PUA kompleksi Ukraynaya çatdırılıb. Hazırda kompleksin yekun təhvil-təslim sınaqalarını həyata keçiririk. Yüksək dəqiqliyə malik vasitələrlə Qara və Azov dənizləri akvatoriyasında və sahillərində effektiv müşahidə və mühafizəni təmin edəcək, düşmənin suüstü və yerüstü obyektlərini məhv etmək imkanı əldə edəcəyik”, - Müdafiə Nazirliyinin “Facebook” hesabındakı məlumatında deyilir.

Ukrayna ilə Türkiyənin xüsusilə İkinci Qarabağ müharibəsindən sonra daha da yaxınlaşdığını söyləyən politoloq Əhəd Məmmədli “Sherg.az”a bildirib ki, Vətən savaşından sonra “Bayraktar”lar çox dəbə düşdü:

“Beləliklə, bir çox ölkə bu kompleksi qardaş ölkədən sifariş etməyə başladı. Məlumdur ki, Ukraynanın ərazi bütövlüyü problemi var. Ona görə də rəsmi Kiyev hərbi təlimləri genişləndirməyə başlayıb. İki ölkənin hərbi, eyni zamanda siyasi əməkdaşlığı daha sıx davam edəcək. Ukrayna müharibə havasındadır. Yəni ilk hədəfi Donbası azad etməkdir. Lakin qarşısında Rusiya durur. Düşünmürəm ki, Ukrayna iqtidarı indiki halda təkbaşına Rusiya ilə üz-üzə gəlsin. Amma rəsmi Kiyevin arxasında konkret şəkildə ABŞ dursa və Rusiyaya mesaj versə ki, “Ukrayna Donbası azad etməyə başlayacaq, müdaxilə etsən, qarşında məni görəcəksən” – o zaman Donbasda hərbi əməliyyatlar başlaya bilər. Lakin Amerikanın bu dəstəyi olmadğı təqdirdə Ukraynanın risk edəcəyini düşünmürəm”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ