Sizin reklam burada
Sizin reklam burada

Yaxın Şərqin ən güclü ordusu açıqlandı

 Yaxın Şərqin ən güclü ordusu açıqlandı





“Global Firepower” portalı Yaxın Şərqin ən güclü orduya sahib ölkələrinin siyahısını açıqlayıb.
Həmin ölkələrin siyahısını təqdim edirik:
1. Türkiyə
Türkiyədə hərbçi sayı 895 min nəfərdir. TSQ-nin inventarında 1056 adda müxtəlif texnika, 3 min 45 tank və 11630 zirehli maşın mövcuddur.
2. Misir
1 milyon 330 min əsgərə sahib olan Misirdə 1053 təyyarə, 3735 tank və 11 min zirehli texnika var.
3. İran
İran ordusunda hərbçilərin sayı təxminən 2 milyondur. 516 təyyarə və helikopteri olan orduda 3709 tank və 8 min 500 zirehli texnika var.
4. Səudiyyə Ərəbistanı
505 min nəfərlik ordusu olan Səudiyyə Ərəbistanı 889 təyyarə, 1062 tank və 12.500 zirehli maşına sahibdir.
5. İsrail
643 min hərbi personala sahib olan İsrailin ordusunun inventarında 595 təyyarə, 1650 tank, 7500 zirehli maşın var.
6. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)
65 min nəfərlik orduya sahib olan BƏƏ 552 təyyarə, 434 tank, 8 min 750 zirehli maşına sahibdir.
7. İraq
İraq ordusunun sayı 310 min nəfərdir. 350 təyyarə və helikopteri olan ordunun 309 tankı və 5 minə yaxın zirehli avtomobili var.
8. Suriya
242 min nəfərlik orduya sahib olan Suriya Ordusu 3 min 740 tanka və 5 min 475 zirehli texnikaya ev sahibliyi edir. 462 hərbi təyyarəsi var.
9. Küveyt
Küveytin 87 təyyarə, 367 tank və 800 zirehli texnika ilə 46.500 nəfərlik ordusu var. Ordu donanmasında 38 gəmi var.
10. Oman
Omanda 47 min əsgər, 117 tank və 700 zirehli texnika var. 128 təyyarə və helikopteri olan Oman ordusunun dəniz qüvvələri 16 gəmidən ibarətdir.
11. İordaniya
İordaniyada 180.000 hərbi personal var. Ordunun təyyarə və helikopterlərinin sayı 261-dir. 1401 tank və 3 min 645 zirehli texnika və donanmada 27 gəmi mövcuddur.
12. Yəmən
113.500 əsgəri olan Yəmən ordusunda 400 tank, 178 təyyarə və 600 zirehli texnika var.
13. Qətər
17 min əsgəri olan Qətər ordusuna 86 tank, 148 təyyarə və 750 zirehli texnika daxildir.
14. Bəhreyn
Təxminən 20 min hərbi personala sahib olan Bəhreyndə 180 tank, 110 təyyarə və 845 zirehli texnika var.
15. Livan
Livandakı hərbi personalın sayı 95 min nəfərdir. 361 tank və 1890 zirehli texnikaya sahibdir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ