Sizin reklam burada
Sizin reklam burada

”Rusiya-Ukrayna gərginliyi davam edəcək” - GƏLİŞMƏ

”Rusiya-Ukrayna gərginliyi davam edəcək” - GƏLİŞMƏ





Rusiya və Ukrayna arasındakı münaqişə hələ ki, həll olunmamış qalıb. Bir müddət əvvələdək tərəflər arasında müharibənin başlanacağı gözlənilsə də, son günlər bu ehtimal azalır. Rəsmi Kiyev danışıqlara hazır olduğunu deyib. Kreml də savaşın onun üçün həyati risk olduğunu yaxşı anlayır. Ona görə yox ki, Ukrayna Rusiya ilə mübarizə aparacaq gücdədir. Ona görə ki, işğala məruz qalan ölkənin arxasında ABŞ kimi supergüc var. Bundan sonra nələrin baş verəcəyi isə sual altındadır. Tərəflər nə geri çəkilir, nə də risk edirlər...

Siyasi analitik Asif Nərimanlı münaqişə barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Bayden Putini təhqir edib, onu “qatil” adlandırandan sonra tərəflər arasında qarşıdurma ehtimalı meydana çıxdı. Dövlətlər Şərqi Avropada, Cənubi Qafqazda və Mərkəzi Asiyada toqquşa bilərlər. Baydenin əsas hədəfi Mərkəzi Asiya, xüsusilə Çindir.

Bunun üçün isə əvvəlcə Rusiyanı neytrallaşdırmaq istəyir və Ukraynadan rəqibinə qarşı təzyiq vasitəsi kimi istifadə edir.

İkinci bir tərəfdən bildiyiniz kimi, Qarabağ müharibəsindən sonra Ukrayna da öz torpaqlarını geri qaytarmaq üçün ilhamlandı. ABŞ və Rusiya arasında qarşıdurma rəsmi Kiyev üçün əlverişli şərait yaradırdı. Lakin sonradan məlum oldu ki, hələ münbit durum yoxdur.

Həm də ona görə ki, ABŞ və Rusiya arasında müəyyən yumşalmalar oldu. Bundan sonra Ukrayna ilə Rusiya arasında müharibənin başlanacağını düşünmürəm.

Həlledici danışıqlar da olmayacaq. Proseslər bu formada davam edəcək və zaman- zaman gərginləşmələr yaranacaq. Həmçinin gərginliyin Cənubi Qafqaza keçəcəyi də istisna deyil. “Erməni soyqırımı”nın tanınması buna işarədir. Məqsəd regionda yaranacaq əməkdaşlığa, o cümlədən Tükiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına mane olmaqdır. Gürcüstan isə Azərbaycanın və Türkiyənin siyasi təsirindən çıxmaq niyyətindədir”.

A.Nərimanlı, həmçinin rəsmi Vaşinqtonun hədəfləri barədə də danışdı:

“ABŞ gəmilərini Qara dənizə yığdıqdan sonra Rusiya da qoşunlarını sərhədə topladı. Ardınca isə məlum oldu ki, ABŞ sadəcə manevr edirmiş. Həmçinin müxalifət lideri Navalnı ətrafında baş verənlərdə də ABŞ-ın “əli var”. Bütün bunlar Rusiyanı qıcıqlandırmaq və aqressiyasına qarşı sanksiyalar tətbiq etmək üçündür. Eyni zamanda ABŞ Avropa ilə Rusiya arasında yaxınlaşmanın qarşısını almaq niyyətindədir. ABŞ-ın “Şimal Axını-2” layihəsi də Almaniya ilə Rusiyanın arasını vurmaqdan ötrü idi. Bundan sonra isə əsas hədəf Mərkəzi Asiya, xüsusilə Çin olacaq”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ