Sizin reklam burada
Sizin reklam burada

"S-400" qovğası: - “ABŞ sanksiya qoyur, Türkiyə isə qərarlıdır”

"S-400" qovğası: - “ABŞ sanksiya qoyur, Türkiyə isə qərarlıdır”




ABŞ prezidenti Co Baydenin xarici siyasətlə bağlı proqnozları özünü doğrultdu. O, Rusiya ilə “haqq-hesabı çürütməmiş” növbəti hədəf kimi Türkiyəni seçdi. Görünür, yeni dövlət başçısı ABŞ- ın xarici siyasətində radikal dəyişikliklər etmək niyyətindədir. Türkiyəyə qarşı iqtisadi təzyiq (əsasən, pulun dəyərinin azaldılması) başlayır. Bayden Rusiyaya qarşı birgə mübarizə üçün Türkiyəyə "söz atmışdı". Türkiyə tərəfi isə, qarşılığında Qərbdən öz dövlət maraqlarını tələb etdi. Əsas, problem "S-400" və "F-35"lər üzərindən davam edir. Ancaq bu, görünən tərəfdir…

Hərbi-siyasi ekspert Həşim Səhrablı “Aysberqin görünməyən tərəfləri” barədə “Mediatv.az”a danışdı:

“Görünməyən xeyli sayda geosiyasi və ümumbəşəri problemlər də var. Ağ Ev Türkiyənin "S-400"lərdən qeyri-şərtsiz çəkilməsini, Ankara isə heç bir halda çəkilməyəcəklərini və Türkiyənin suveren hüquqlarının kimsə ilə müzakirə mövzusu olmadığını bildirmişdi.

Ötənlərdə xəbərlər yayılmağa başlayıb ki, dollar lirə qarşısında 7.2-7.5 aralıqda dəyişən qiymətlərdən, qəfil 8.5-8.3 aralığında dəyişəcək.

Artıq Türkiyənin ən böyük banklarından olan “Halk Bank” da bilinməyən səbəblərdən valyuta əməliyyatlarını dayandırıb. Türkiyə iqtisadiyyatında Qərb amili çox güclüdür. İstədikləri vaxt pulun dəyərində “oynamalar” edə bilirlər. Bu da növbəti belə haldır. Qərbin istədiyi və Türkiyənin qərarlılığı bəllidir. Geriyə Türkiyənin iqtisadi təzyiqlərə nə qədər tab gətirəcəyi məsələsi qalıb”.

H.Səhrablının fikrincə, Qərbin inadkarlığı onun üçün yaxşı nəsə vəd etmir:

“Tək bu əngəli aşmaq Türkiyənin kənardan asılılığını əhəmiyyətli dərəcədə azaldacaq. Qərb Türkiyə qarşısında heç bir hərbi-siyasi təzyiq göstərə bilmir. Əsas təzyiq vasitəsi iqtisadiyyatdır. Ancaq Qərbə yenilməyi həzm edə bilməyən Ankara anidən Çindən külli miqdarda "dollar dəstəyi" istəyə bilər. Maraqlananlar bilir ki, Çinin əvvəlki illərdə qeyri-Avropa ölkələrinə yatırılmış investisiyaları və dəstəyi artıq Avropaya da “ayaq açıb”. Türkiyə kimi vacib ölkənin iqtisadi həyatında ağırlıq qazanmaq Pekinin çoxdankı arzularındandır. Belə bir təklifə Çin sevinərək razı olacaq.

Bu isə Qərbin, xüsusilə, ABŞ-ın Rusiya və Çinə qarşı başlatdığı mübarizədə Türkiyəni itirməsi deməkdir. Qərb Türkiyəsiz də qalib gələ biləcək gücdədir. Ancaq fərq odur ki, Türkiyənin dəstəyi ilə yaşanacaq çəkişmələrdə Qərbin itkiləri minimum, Türkiyəsiz mübarizə zamanı isə, maksimum olacaq. Qərb "Pir qələbəsi" qazanmağı sevmir. Türkiyə Qərbə iqtisadi sahədə hava və su qədər gərək duyduğu kimi, Qərbin də siyasi-diplomatik-hərbi sahələrdə Türkiyəyə ehtiyacı var. Yəqin, Qərb də anlayır ki, pul gəldi, gedərdir…

Türkiyə - Qərb münasibətləri heç bir halda tamamilə qopa bilməz. Əksinə, əvvəl-axır mülayimləşəcək. Ancaq bu mülayimləşmənin nə zaman və hansı şərtlərdə mümkün olacağını demək qeyri-mümkündür.Mülayimləşmə zamanına qədər isə Rusiya və Çin xeyli mənfəət əldə edəcək. Qərbin anti-türk sevdasının adını qoymaq olmur...”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ