Sizin reklam burada
Sizin reklam burada

Doğum evinə hücum – Azı 40 ölü

Doğum evinə hücum – Azı 40 ölü


Əfqanıstanın paytaxtı Kabildə yaraqlıların doğum evinə hücumu və şərqdə yerləşən Nangahar əyalətində hökumət rəsmilərinin və parlament üzvünün qatıldığı dəfn mərasimində intiharçı tərəfindən törədilən partlayış nəticəsində ən az 40 nəfər həlak olub.
Qanunpress.com Teleqraf.com-a istinadən xəbər verir ki, hücuma məruz qalan doğum evi “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatına məxsusdur. Bildirilir ki, tibb məntəqəsinə basqın zamanı aralarında iki azyaşlı olmaqla 16 nəfər, Nangahardakı partlayış zamanı isə 24 nəfər həlak olub.
“Taliban” radikal təşkilatı bu hücumla əlaqələrinin olmadığını bildirib. Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ