
Rəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Cavid Qurbanovun sosial şəbəkələrdə yayılan səs yazısı ətrafında müzakirələr davam edir.
Qanunpress.com bilddirir ki, Pravda.az-ın əməkdaşı məsələ ilə bağlı mövqe öyrənmək üçün Cavid Qurbanovla bir neçə dəfə əlaqə yaratmağa çalışsa da, nazir müavini telefon zənginə cavab verməyib.
C.Qurbanovun əmisi oğlu, Milli Məclisin deputatı Aqil Məmmədov yayılan məlumatlara münasibət bildirib: “Bütün bunlar əsassız söhbətlərdir. Cavid müəllim bu günə qədər dövlətə, dövlətçiliyə xidmət edib. Cənab Prezident də bu gün ona böyük etimat göstərib”