Sizin reklam burada
Sizin reklam burada

Bayram namazının vaxtı MƏLUM OLDU

Bayram namazının vaxtı MƏLUM OLDU





Azərbaycanda Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlanıb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasında bildirilib.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcəkdir.
Şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. İyul ayının 9-da məscidlərimizdə birgə Bayram namazları qılınacaqdır, inşaAllah.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ