Sizin reklam burada
Sizin reklam burada

Deputat Ülvi Quliyevin oğlu “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? (FAKT)

Deputat Ülvi Quliyevin oğlu “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? (FAKT)






”Profilaktik söhbətlərdə” deputat Ülvi Quliyevin oğluna İngiltərənin daşınmaz əmlak bazarından geri çəkilmək, mənzilləri satmaq və pulu ölkəyə geri gətirmək məsləhət görülüb.
Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun sözlərinə görə, Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadə Britaniyadakı iki şirkətindən birini bağlayıb. Onun təxminən iki il əvvəl Londonda təsis etdiyi MARKETING SOLE PROJECT LTD şirkəti bu il avqustun 24-də qapadılıb:
"Bundan əvvəl sənədlər əsasında təqdim etdiyim materiallarda Orxan Quluzadənin sahib olduğu digər şirkəti – GUANO LTD üzərindən Londonda 5 bahalı mənzil alması haqqında yazmışdım.
Deputat Ülvi Quliyevin oğlu “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? (FAKT)
Mənə çatan məlumata görə "profilaktik söhbətlərdə” deputatın oğluna İngiltərənin daşınmaz əmlak bazarından geri çəkilmək, mənzilləri satmaq və pulu ölkəyə geri gətirmək məsləhət görülüb”.
Qeyd edək ki, Orxan Quluzadə bir neçə il əvvəl Londonda "Miss USSR” ("SSRİ gözəli”) müsabiqəsinə bir ətək pul töküb. 2017-ci ildə o, "Rubicon Production” studiyasının və Litva əsilli rus prodüser Valentina Gordeevanın prodüserliyi ilə London, Mayfairdakı bahalı və dəbdəbəli Hilton otelində keçirilən konkursun çəkilişlərinə sponsorluq edib.https://cinando.com/…/rubicon_production_132630/Detail
Nəyə görəsə müstəqil Azərbaycanın deputatının oğlu 30 il əvvəl qəbrə qoyulmuş SSRİ-nin Londonda xiffətini çəkib. SSRİ dağılanda onun cəmi 2 yaşı vardı.
O zaman İngiltərənin məşhur "İndependent” qəzeti də bu müsabiqə haqqında xəbəri "High heels, tiny bikinis and Soviet nostalgia: Why is Miss USSR happening in London?” başlığı ilə təqdim etmişdi.https://www.independent.co.uk/…/miss-ussr-beauty….
O vaxt Britaniyanın Latviyadakı keçmiş səfiri, Avropa İslahatları Mərkəzinin hazırda xarici siyasət direktoru olan Yan Bond "The Independent”ə bildirmişdi ki, "bu tədbir ciddi zövqün və tarixi şüurun çatışmazlığını göstərir”.
Britaniya mətbuatı yazırdı ki, müsabiqə güclü sponsorların hesabına keçirilib, sponsorlar sırasında mənşəcə keçmiş Sovet respublikalarından olan şəxslərə məxsus şirkətlərin, o cümlədən Londondakı "Caviar House”nin adı çəkilib.

Qlobal.az
Deputat Ülvi Quliyevin oğlu “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? (FAKT)

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ