Sizin reklam burada
Sizin reklam burada

Ramiz Hümmətov : 44 Günlük Əks-Hücum Əməliyyatlarını Xalqımız və Dövlətimiz Qələbəylə Başa Vurdu.

Ramiz Hümmətov : 44 Günlük Əks-Hücum Əməliyyatlarını Xalqımız və Dövlətimiz Qələbəylə Başa Vurdu.







31 saylı notariat ofisinin Xüsusi notarius Ramiz Hümmətov - 27 sentyabr tarixi xalqımızın yaddaşında əbədi iz buraxacaq bir tarixi dövrdür. Damarlarımızda qanımızın donduğu bir tarix...2020-ci il 27 sentyabrda Azərbaycan-Ermənistan müharibəsi başlandı. Xalqımızın illərlə gözlədiyi bu tarixi gün yetişmişdi. Qisas günü, qələbəyə aparan gün! Həm kədərlənirdik ki, müharibə dincliyi pozacaq, oğullarımız ölüm-dirim savaşına gedəcək. Axı heç bir müharibə itkisiz, qansız-qadasız ötüşmür. Həm də qürur və düşmənə nifrət hissi qəlbimizi parçalayırdı. Nəhayət, düşmənə layiq olduğu yeri göstərmək, tarixi ədaləti bərpa etmək, Birinci Qarabağ müharibəsinin qisasını almaq məqamı yetişmişdi.
44 günlük əks-hücum əməliyyatlarını xalqımız və dövlətimiz müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə aza edilməsi oldu. Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Ordumuzun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünəinamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
Bəli, bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan ordusu yaşatdı. Bu müharibə Azərbaycan xalqının, onun liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbir göstərən xalqımız, nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı masa arxasına oturmağa məcbur etdi. Nəhayət, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu sənəd Ermənistanın məğlubiyyətinin açıq etirafı idi. Bu qələbə düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.
Beləliklə, Azərbaycan ərazi bütövlüyünü tam bərpa etmiş oldu. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi reallaşmış oldu.
Artıq Qarabağımıza heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Bütöv bir Qarabağ var.
“Mən artıq qaçqın deyiləm” sözlərini eşitmək hər bir azərbaycanlının ən xoşbəxt anlarıdır.
Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itki verməklə qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibənin aparılması doktrinasında ciddi dəyişikliklər etdi.

Bu sözləri saytımıza verdiyi açıqlamasında 31 saylı notariat ofisinin Xüsusi notarius Ramiz Hümmətov deyib.

Müsahibimiz bildirib ki, Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu.
Regionda Azərbaycan maraqlarına cavab verən yeni siyasi reallıq yarandı . Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.
“Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbə ədalətin təntənəsidir və bu şanlı zəfər birbaşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son on səkkiz il ərzində həyata keçirdiyi düşünülmüş, praqmatik xarici və daxili siyasətin möhtəşəm nəticəsi olaraq əldə edilmişdir.Biz otuz il bu Zəfərin həsrətilə yaşadıq. Birinci Qarabağ müharibəsi ölkəmiz üçün böyük faciə olmaqla yanaşı, böyük humanitar fəlakətə gətirib çıxardı. Bir milyon soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamalı oldu. Ölkənin iqtisadiyyatı demək olar ki, tamamilə dağıdılmış, sənaye potensialı məhv edilmiş vəziyyətə düşdü. Lakin bütün bunlara rəğmən son nəticədə keçmiş Dağlıq Qarabağ münaqişəsində daha çox uduzan məhz erməni tərəfi oldu. Bir il öncə, sentyabr ayının 27-də hərbi əməliyyatlara başlamaq haqqında qərar qəbul etməklə Azərbaycan Prezidenti cənab İlham Əliyev öz qətiyyətini ortaya qoydu və 44 gün ərzində əldə olunmuş tarixi Qələbə ilə siyasi iradəsini və yeni regional reallıqları bütün dünyaya qəbul etdirdi”
Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı. Yaşasın, “Dəmir yumruq!”
Bəli, qələbəmizi təmin edən ordu və xalq birliyini yaradan “Dəmir yumruq”!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ