Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın qazandığı böyük qələbədə NATO-nun marağı... - HİSS OLUNUR!

Azərbaycanın qazandığı böyük qələbədə NATO-nun marağı... - HİSS OLUNUR!




Oktyabrın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO Baş Katibinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolominanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

General-polkovnik Z.Həsənov NATO ilə əməkdaşlığın cari vəziyyətindən, əməkdaşlıq sahəsində əldə edilən müsbət nəticələrdən məmnunluğunu bildirib, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. X.Kolomina bölgədə sülhün təmin olunması istiqamətində NATO-nun müvafiq dəstəyi göstərməyə hazır olduğunu qeyd edib. Görüşdə həmçinin postmüharibə şəraiti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Azərbaycanla NATO arasında əməkdaşlıq münasibətlərinin uzun tarixi var. Onun sözlərinə görə, bu münasibətlər Azərbaycan öz müstəqilliyini qazanandan sonra daha geniş həcmdə inkişaf edib:

"Ötən gün Azərbaycan öz müstəqilliyinin bərpasında 30 illiyini qeyd elədi. Bu zaman kəsiyində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramının fəal üzvüdür. Öz silahlı qüvvələrinin NATO standartlarına uyğun təkmilləşdirilməsində, hərbi qulluqçularımızın peşəkarlığının artırılmasında, müasir texnologiyalara yiyələnmək istiqamətində NATO-nun qəbul etdiyi standartları öz ordu praktikasında geniş şəkildə tətbiq edir. Bu xüsusda Zakir Həsənov Xavyer Kolominanın başçılıq elədiyi nümayəndə heyəti ilə görüşüb. Ümumillikdə, son dövrlər biz müşahidə edirik ki, ABŞ, eləcə də NATO-nun Cənubi Qafqaz regionunda böyük marağı var. Qeyd edim ki, ABŞ Müdafiə naziri Loyd Ostin ötən gün Gürcüstanda, bu gün isə Ukraynaya səfər edib".
İ.Hüseynov əlavə edib ki, son dövrlər Rusiya ilə NATO arasında soyuqluq geniş şəkildə hiss olunur: "NATO-nun rus diplomatlarını casus elan etməsindən sonra NATO ilə Rusiya arasında münasibətlər kifayət qədər gərginləşib və Rusiyanın NATO-dakı nümayəndəliyi Rusiya tərəfinin aldığı qərarla bağlanılıb. Ümumillikdə, bölgədə sülhün təmin olunması istiqamətində NATO öz səylərini artırmaq istiqamətində addımlar atır. Eyni zamanda nəzərə almaq lazımdır ki, son dövrlər Azərbaycan və İran arasında da gərginlik geniş vüsət alıb. İran tərəfinin əsassız ittihamları, ikitərəfli münasibətləri kifayət qədər gərginləşdirib. Buna görə də Azərbaycan NATO-nun tamhüquqlu üzvü olmasa da NATO-nun bölgədə təhlükəsizliyin və sabitliyin yaranması istiqamətində mühüm rolu var. NATO portfelinə daxil olan dövlətlərdən Azərbaycan silah və sursat alma məhdudiyyəti olsa da, qardaş Türkiyənin müasir texnologiyalarından istifadə etməklə, Vətən müharibəsində tarixi qələbə qazandıq. Həmçinin, NATO-nun Azərbaycanın qazandığı böyük qələbədə marağı var. Qeyd edim ki, bu qələbənin əldə olunması yalnız müasir texnologiyaların, pilotsuz uçuş aparatlarının, havadan müdafiə sistemlərinin köməkliyi sayəsində olmayıb, eyni zamanda xüsusi təyinatlıların qəhrəmanlığı, vətən sevgisi, torpaqları işğaldan azad etmək eşqi bütün dünyanın maraq dairəsindədir. Bu xüsusda NATO da bölgəyə maraq göstərir. Azərbaycanın qazandığı qələbə bir çox hərbi, siyasi ekspertləri yaxından maraqlandırır və bu xüsusda Hərbi Alyansın da Azərbaycana marağı aydın şəkildə sezilir".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ