Sizin reklam burada
Sizin reklam burada

“Texniki-Humanitar Lisey pulu nə üçün tələb etdiyini əsaslandırmalıdır” - QALMAQAL

“Texniki-Humanitar Lisey pulu nə üçün tələb etdiyini əsaslandırmalıdır” - QALMAQAL




Paytaxtdakı Texniki-Humanitar Liseyində şagirdlərdən 50 manatdan pul yığılması ilə bağlı iddia yayılıb. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Valideynlərin sözlərinə görə, direktor Kəmalə Mirzoyeva hər ay 50 manat gətirməyəcək şagirdin məktəbə buraxılmayacağı barədə xəbərdarlıq edib.

Pulun hansı məqsədlə yığıldığı isə bilinmir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən mətbuata bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılır:

“Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.

Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi “Sherg.az”a deyib ki, hansısa təhsil müəssisəsinin şagirdlərdən və ya tələbələrdən pul tələb etməsi yolverilməzdir:

“Özəl məktəblərdə, universitetlərdə təhsil haqqı ödənilir. Buna qarışmaq olmaz. Lakin təhsil haqqından əlavə pul istənilməsi qanunsuzdur. Sözügedən məktəbdə məsələ ilə bağlı araşdırma aparılır. Ona görə birmənalı şərh vermək olmaz, hansı tərəfin haqlı olduğu aydınlaşmayıb. İstənilən halda qanunsuz pul yığan məktəb direktoru ilə bağlı ölçü götürülməlidir. Həmin direktor əvvəl töhmət alıbsa, vəzifədən azad edilə bilər. Bu qərarı da təhsil naziri verəcək. Onu da qeyd edim ki, Texniki-Humanitar Lisey dövlət nəzdindədir, özəl deyil. Pulu nə üçün tələb etdikləri əsaslandırılmalıdır”.

Ekspert, həmçinin diqqətə çatdıırb ki, şagird bir neçə halda məktəbə əlavə pul ödəyə bilər:

“Şagird məktəbin maddi-texniki bazasına zərər vurubsa, ödəniş etməlidir. Yaxud da məktəbin nəsə əldə etməyə maddi durumu yoxdursa, valideynlə razılıq əsasında ödəniş oluna bilər. Amma hansısa bir səbəb olmadan, direktor şagirddən pul tələb edirsə, hədələyirsə, vəzifəsindən azad edilməlidir. Bu qayda bütün məktəblərə şamil olunur”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ