Sizin reklam burada
Sizin reklam burada

BŞİH-nin Aparat rəhbəri Elgün Həbibullayev rüşvətxorluqda ittiham olunur

BŞİH-nin Aparat rəhbəri Elgün Həbibullayev rüşvətxorluqda ittiham olunur





Jurnalist-araşdırmaçı Fərid Abdinov Bakı şəhər icra hakimiyyətinin aparat rəhbəri Elgün Həbibullayev haqqında facebookda iddialı və ittihamlı post paylaşıb.

Postda qeyd olunur ki, Elgün Həbibullayevin tək "Panda Kids"i və "Port Baku" yaşayış kompleksində mənzilinin dəyəri 2 milyon manatdan çoxdur: "Elgün Həbibullayev Bakı şəhər icra hakimiyyətinin aparat rəhbəri vəzifəsində çalışır. Bundan əvvəl də hazırda Bakı meri olan Eldar Əzizovun komandasında Gəncə və Sumqayıt şəhərlərində işləyib

E. Həbibullayev "Panda Kids" mağazalar şəbəkəsinin də sahibidir. "Port Baku" yaşayış kompleksində yaşayır. "Panda Kids" mağazaları və yaşadığı ev ilə birlikdə ümumi əmlakının qiyməti 2 milyon AZN-dən çoxdur.

Qeyd edim ki, Bakı şəhər meriyasında ən yüksək əmək haqqı Eldar Əzizov alır. 1925 AZN. Aparat rəhbərinin evinin ortalama qiyməti merin aldığı maaşdan 300 dəfə çoxdur."

BŞİH-nin Aparat rəhbəri Elgün Həbibullayev rüşvətxorluqda ittiham olunur
Qeyd edək ki, BŞİH başçısı Eldar Əzizovun əmri ilə BŞİH Aparatının rəhbəri olmuş Rasim Quliyev tutduğu vəzifədən azad edilərək onun yerinə Elgün Həbibullayev təyin edilib.

Elgün Həbibullayev Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə başçının köməkçisi olub.

Eldar Əzizov 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunan zaman Həbibullayevi özünə köməkçi, sonra isə müavin təyin edib. O, Eldar Əzizovun əsas kadrlarından hesab olunur.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.


1

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ