Sizin reklam burada
Sizin reklam burada

Korrupsioner məmurlar təşvişə düşüb – İz itirməyə çalışırlar

Korrupsioner məmurlar təşvişə düşüb – İz itirməyə çalışırlar





Hakimiyyətin korrupsiayaya qarşı həbslərlə müşayiət olunan mübarizəsi məmurları məsuliyyətdən yayınmaq üçün qabaqlayıcı tədbirlər görməyə vadar edib.

REPORTYOR.info xəbər verir ki, adı daha çox korrupsiyada hallanan icra başçıları və digər vəzifəli şəxslər əmlaklarını yaxınlarının adlarına keçirməklə iz itirməyə, eyni zamanda çirkli pulları yumağa çalışır. Bu, Şəmkirin həbs edilən icra başçısı Alimpaşa Məmmədovla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yaydığı açıqlamadan da aydın görünür. Açıqlamada qeyd edilir ki, Alimpaşa Məmmədovun mənimsəmə və rüşvət yolu ilə qazandığı 832 min manatı ailəsinə məxsus “Az Forel” MMC-yə yönəldib. Beləliklə, açıqlamadan yuxarıda qeyd etdiklərimizin əsassız olmadığı anlaşılır.

Yeri gəlmişkən, DTX-nın bu faktı qabartması da yenilikdir. İndiyə qədərki həbslərlə bağlı açıqlamalarda belə bir detala rast gəlinməyib. Baxmayaraq ki, Alimpaşa Məmmədova qədər tutulan icra başçılarının da oxşar addımlar atmadığına şübhələr var.

İqtisadçı ekspert Rövşən Ağayev də bu detala xüsusilə diqqət çəkib.

“Şəmkirin kreslodan birbaşa həbsə göndərilən icra başçısı ilə bağlı hüquq-mühafizə orqanlarının açıqlamasında 2 maraqlı detal diqqəti çəkir. Detallardan biri budur ki, mənimsəmə və rüşvət yolu ilə qazandığı 832 min manatı ailəsinə məxsus “Az Forel” MMC-nin balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə yönəlib, nəticədə cinayət yolu ilə əldə etdiyi vəsaitləri leqallaşdırmasına şübhələr yaranıb.

Bəlkə diqqətimdən qaçıb, bu günə qədər heç bir məmurun həbsi zamanı rüşvət yolu ilə qazandığı vəsaitləri biznes layihələri hesabına leqallaşdırmasına dair ittihamların irəli sürülməsi təcrübəsinə rast gəlməmişəm”, – deyə iqtisadçı ekspert bildirib.

Onun fikrincə, əgər artıq vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin əmlakın mənbəyinin sorğulanması presedenti yaranırsa, bunu davam etdirmək pis olmaz:

“Əmlak reysterində, banklarda hər kəslə bağlı məlumatlar var. Çox təcili gəlir və əmlak bəyannaməsinə keçib hər kəsi dəqiq məlumatlar əsasında sahib olduqlarını cəmiyyətə açıqlamağa məcbur etmək lazmdır. Artıq bu vəziyyətdə cəmiyyətin ortaq razılaşması əsasında vəzifədən getmək, siyasi hakimiyyətlə bütün bağlarını kəsmək, qanunsuz qazandıqlarının bədəli olaraq müəyyən hissəsini dövlət büdcəsinə vergi formasında ödəmək şərtilə maliyyə amnistiyası aktuallaşa bilər.

Açıqlamadakı digər vacib detal icra başçısının yalnız ittiham aktına düşən sərvətinin dəyərilə bağlıdır. Məlum olur ki, təkcə bu əmlak hesabına sərvətin dəyəri az qala 5 milyon manatdır.

Hər halda təcrübə göstərir ki, müəllimin bahalı mənizlləri və maşın kolleksiyası da olmamış deyil, əks halda Azərbaycansayağı sərvət ansamblı pozulmuş olar.

Ölkədə yüz minlərlə ailənin çörək pulu uğrunda mübarizə apardığı bu gözəl və cəfakeş vətənimizdə icra başçısının 10 milyonlara manat sərvət sahibi olması ölkədə əmlak və gəlir qeyri-bərabərliyinin fəlakətli miqyasını göstərir…”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ