Sizin reklam burada
Sizin reklam burada

"Baku Electronics"in soyuducuları soyutmaq əvəzinə qızdırır... - GİLEY

 "Baku Electronics"in soyuducuları soyutmaq əvəzinə qızdırır... - GİLEY





"Baku Electronics" elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biridir. Hazırda ölkə üzrə 24 mağazası fəaliyyət göstərir və 60-dan çox firmanın rəsmi distributorudur.

Bu şirkət vətəndaşlara soyuducu, paltaryuyan maşın, məişət texnikası, televizor, mobil telefonlar, bir sözlə hər məhsul təklif edir. Bircə mədəni servisdən başqa.

Bu şirkət illər uzunudur Azərbaycanda alıcıların, yəni istehlakçıların hüquqlarını pozur. Amma vətəndaşların hüquqlarını qoruyan bir qurum yoxdur.

Təsəvvür edirsiniz şirkət o qədər həyasızlaşıb ki, öz haqqını tələb edən müştərini məhkəmə ilə hədələyir. Bu dözülməz haldır.

Görəsən, Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi hara baxır ?

Qurumun adına fikir verin : İSTEHLAK BAZARINA NƏZARƏT ...

Amma bu qurumun bir işə yaradığını heç kim görməyib.

Şirkətin əhaliyə necə xidmət etməsinin BARİZ nümunəsinə baxın.

Vətəndaş şirkətdən soyuducu alıb. Bir gün sonra bəlli olub ki, soyuducu soyutmaq əvəzinə qızdırır. Bu bir yana, soyuducunun səsindən evdə oturmaq olmur, elə bil traktor işləyir.

Alıcı şirkətə müraciət edir və usta gəlib deyir ki, soyuducunun səsi normada 36 desibel olmalıdır. Usta ölçəndən sonra məlum olub ki, soyuducunun səsi normadan 2 dəfə çoxdur, yəni 60 desibel.

Amma şirkət deyir ki, ustanın aparatı xarab imiş, səhv ölçüb, yeni usta göndərəcəyik.

Alıcı deyir ki, soyuducunun başa düşən gurultusunu ölçməyə cihaz-zad lazlm deyil, bunu eşitmək bəsdir.

Amma şirkət xarab soyuducunu geri almaq istəmir və alıcı 1500 manat ziyana düşüb.

Bəli, Baku Electronics şirkəti müştərilərini aldatmaqla məşğuldur.

Eyni hal paltaryuyan alan müştərinin başına gəlib. Paltaryuyan da 2 gündən sonra xarab olub. Şirkət deyir ki, sizin mənzildə cərəyan çoxdur, buna görə olub.

Sözün qısası, şirkrətin aldanmış müştəriləri hamıya xəbərdarlıq edir ki, Baku Electronics-dən mal almayın. //gundelik-baku.com//

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ