Sizin reklam burada
Sizin reklam burada

Kredit, yoxsa çörək? - “Yenidən qapanma olarsa, borc yükü dövlətə düşəcək”

Kredit, yoxsa çörək? - “Yenidən qapanma olarsa, borc yükü dövlətə düşəcək”




Azərbaycanda problemli kreditlərin həcmi hər keçən ay artan xətlə dəyişir.

Mərkəzi Bankın məlumatına görə, 2021-ci ilin martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 917,5 milyon manat təşkil edib ki, bu göstərici son bir ayda 1,9% artıb. Mövcud karantin rejimi və işsizlik səviyyəsinin artması əhalinin gəlirinin kəskin azalmasına səbəb olub. Bu isə həm fiziki şəxslərin, həm də sahibkarların banklara olan borclarını ödəmə qabiliyyətini azaldıb.

Məhz bunun nəticəsidir ki, problemli kreditlərin həcmi şişməkdə davam edir. Nəticədə isə bu yük dövlətin çiyinlərində qalır. Dövlətin hər dəfə bu kredit yükünün altına girməsi nə qədər vətəndaşın və bankın xeyrinə olsa da, dövlət büdcəsini əlavə yükə salır ki, bu da ölkə iqtisadiyyatına və sürətli inkişafa mənfi təsir göstərir.

Hazırda yoluxma sayı yüksələn xətlə davam edir. Bu isə yenidən qapanma xəbərlərini gündəmə gətirir. Lakin cəmiyyətin durumu ortadadır. Açıq demək lazımdır ki, əhalinin sosial durumu yaxşı deyil və hər kəs çörək hayındadır. Yenidən qapanma olarsa, bu, xüsusən əhalinin vəziyyətini daha da ağırlaşdıracaq, kiçik və orta sahibkarlığı məhv edəcək.

Eyni zamanda, problemli kreditlərin həcminin vətəndaş tərəfindən ödənilə bilməyəcək dərəcədə artması demək olacaq.

İş yeri bağlanan borclu krediti necə ödəməlidir?

Maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov "Mediatv.az"-a açıqlamasında deyib ki, yenidən qapanmalara gedilməsi, sərt karantin reimin tətbiqi kredit ödəyicilərinin ödəmə qabiliyyətini azaldacaq və dövlətə yeni problemli kredit yükü formalaşdıracaq:

“Hazırda problemli kreditlər yalnız Azərbaycanda deyil, bütün dünyada artır. Bu da məhz pandemiya ilə bağlıdır. Həm fiziki şəxslərin, həm də sahibkarların gəlirləri azalıb. Bu baxımdan, Azərbaycanda problemli kreditlərin daha da artacağı gözlənilir. Ötən il Mərkəzi Bankın tövsiyəsinə uyğun olaraq, banklar öz problemli kreditlərini tanımırdılar. Yəni o mənada tanımırdılar ki, Mərkəzi Bank yerli banklardan problemli krediti olan şəxsləri borcların ödənilməsinə görə tələsdirməməyi tələb etmişdi. Amma 2021-ci ildən bu məsələ aradan qaldırılıb və vətəndaşlardan borclarını ödəmələri tələb olunur. Əhalinin də ödəmə qabiliyyəti olmadığı üçün, böyük ehtimalla preblemli kreditlərin həcmi artacaq. Çox güman ki, vaksinasiya prosesi pandemiyanın təsirlərini nisbətən azaldacaq və əvvəlki kimi sərt karantin olmayacaq. Amma əksinə olaraq, sərt karantin rejimi tətbiq olunarsa, vəziyyət daha da pisləşəcək. Necə ki, hazırda bir sıra ölkələrdə yenidən sərt karantin rejimi tətbiq olunur və həmin ölkələrdə problemli kreditlər artan xətlə davam edir. Bizdə hələlik bu barədə dəqiq proqnoz vermək olmur. Daha dəqiq danışmaq üçün aprel ayındakı vəziyyəti müşahidə etmək lazımdır. Amma bütün hallarda problemli kreditlərin həcminin artacağı gözləniləndir”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ