Sizin reklam burada
Sizin reklam burada

Vilyam Hacıyevin prokuror oğlunun dəbdəbəli həyat tərzi

Vilyam Hacıyevin prokuror oğlunun dəbdəbəli həyat tərzi



Bu dəqiqələrdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir
Verilən xəbərə görə İmişli RİH başçısı Vilyam Hacıyevin otağında axtarış aparılır.

Cəmiyyətdə özünü apara bilməyən məmur uşaqlarının sayı xeylidir. Qeyd edək ki, prezident İlham Əliyev yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirdiyi görüşlərin bir çoxunda bu məsələyə toxunub və cəmiyyətdə özünü apara bilməyən məmur övladlarına xəbərdarlıq edib. Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, ölkə başçısının xəbərdarlığına baxmayaraq, hələ də bəzi məmurların övladları qanundan kənar işlərlə məşğul olurlar.Belələrindən biri də Vilyam Hacıyevin oğludur.
Prokurorluq orqanında çalışan oğul Məhəmməd Hacıyev bahalı həyat tərzini xoşlayır və atasının qazandığı pullarla demək olar ki, bütün günü kef çəkir.

Özəl mənbdən Qanunpress.com -a daxil olan məlumata görə, əvvəllər Qaradağ rayon Prokurorluğunda işləyən, sonradan Nərimanov rayon Prokurorluğuna transfer olunan Məhəmməd Hacıyev hal-hazırda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vəzifə tutur. Belə ki, icra başçısının oğlu vaxtının böyük hissəsini özü kimi imkanlı dostları ilə birlikdə şəhərin elit məkanlarında keçirir.
Araşdırmalar nəticəsində o da məlum olub ki, icra hakiminin oğlu həm də bahalı maşın kolleksiyasına sahibdir. Məhəmməd Hacıyevin avtomobil kolleksiyasına 10-PP-369 dövlət nömrə nişanlı «Bentley»,90 KH 900 dövlət qeydiyyat nişanlı son model «Land Rover», 90 AA 369 dövlət qeydiyyat nişanlı «Mercedes S class» daxildir.
Vilyam Hacıyevin prokuror oğlunun dəbdəbəli həyat tərzi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ