Sizin reklam burada
Sizin reklam burada

DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ PƏRVİZ ƏLƏSGƏROV VƏ ARZU ZEYNALOV ANILIBLAR

DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ PƏRVİZ ƏLƏSGƏROV VƏ ARZU ZEYNALOV ANILIBLAR




Noyabrın 24-də Daşkəsən Şəhidlər Xiyabanında keçirilən Vətən müharibəsi şəhidləri çavuş Ələsgərov Pərviz Lətif oğlunun və əsgər Zeynalov Arzu Rövşən oğlunun ildönümü mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon bölməsinin rəisi, Şəhidin yaxınları, rayonun şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhidlərin məzarları ziyarət edilib, xatirələri anılıb, dualar oxunub.
Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin və rayon ictimaiyyətinin adından Şəhidlərin ailələrinə və yaxınlarına bir daha başsağlığı verdikdən sonra Vətən müharibəsi şəhidləri çavuş Pərviz Ələsgərovun və əsgər Arzu Zeynalovun şərəfli həyat və döyüş yollarından danışıb.
Şəhid Pərviz Ələsgərovun atası Lətif Ələsgərov, anası Aybəniz Ələsgərova, şəhid Arzu Zeynalovun atası Rövşən Zeynalov, anası Bəsdi Zeynalova ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini
DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ PƏRVİZ ƏLƏSGƏROV VƏ ARZU ZEYNALOV ANILIBLAR
DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ PƏRVİZ ƏLƏSGƏROV VƏ ARZU ZEYNALOV ANILIBLAR
DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ PƏRVİZ ƏLƏSGƏROV VƏ ARZU ZEYNALOV ANILIBLAR
DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ PƏRVİZ ƏLƏSGƏROV VƏ ARZU ZEYNALOV ANILIBLAR

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ