Sizin reklam burada
Sizin reklam burada

“Kapital Bank”ın Qəbələ filialında qalmaqal – “Dedi, get hara şikayət edirsən et”

“Kapital Bank”ın Qəbələ filialında qalmaqal – “Dedi, get hara şikayət edirsən et”





“Bir neçə gün bundan öncə kart prosedurlarıyla bağlı “Kapital Bank”ın Qəbələ rayonunda yerləşən filialına müraciət etməli oldum. Lakin bu müraciətim həmin bankn Məlumat xidmətində çalışan Rəhimə adlı xanım tərəfindən qeyri-peşəkarcasına və kobud şəkildə cavablandırıldı”.
Bu sözləri “AzPolitika.info”-ya müraciətində Qəbələ rayon sakini Hacıyev Faiq Əlsəf oğlu deyib.
Şikayətçi bildirir ki, bank çalışanının onunla bu cür kobud rəftar etməsi müşahidə kameraları tərəfindən də qeydə alınıb: “Rəhimə xanıma onun bu hərəkətlərinin xoş olmadığını, bununla bağlı şikayət edəcəyimi bildirdikdə isə o, “get hara şikayət edirsən et”, “mən beləyəm” deyə cavab verdi. Ölkə başçımız İlham Əliyev məmurlarla, dövlət nümayəndələriylə görüşərkən, onlara xatırladır ki, vətəndaşlarla düzgün rəftar edin, onları incitməyin. Lakin “Kapital Bank”da gördüyüm münasibət bunun əksini göstərdi”.
F.Hacıyev Rəhimə adlı bank işçsininin bu cür qeyri-etik davranışlarıyla bağlı bankın digər çalışanlarınada məlumat verdiyini bildirir: “Bankda çalışan digər bir əməkdaşa bu hadisəylə bağlı məlumat versəm də, həmin işçi başını aşağı salaraq yanımdan uzaqlaşdı. Daha sonra sözügedən hadisəylə bağlı “Kapital Bank”-ın 196 çağrı mərkəzinə müraciət etdim. Məsələnin araşdırılacağı və 3-7 iş günü ərzində cavab veriləcəyi deyilsə də, heç bir cavab verilmədi”.
10 ildən artıqdır “Kapital Bank”ın müştərisi olduğunu deyən Faiq Hacıyev qarşılaşdığı münasibətdən təəssüf hissi keçirdiyini bildirir: “Bankı tərk edərkən, bir nəfər də bildirdi ki, Rəhimə xanım bütün müştərilərlə hər zaman kobudcasına rəftar edir. Bu şəxsin kimə güvəndiyi, bu cür hərəkətlərlə “Kapital Bank”da necə çalışdığı olduqca maraqlıdır. Düşünürəm ki, belə insanların bank sektorunda fəaliyyət göstərmələri qəbuledilməzdir. Mən sizin sayt vasitəsilə, bu məsələnin ictimailəşdirilməsini, müvafiq qurumların hadisəyə aydınlıq gətirmələrini xahiş edirəm”.

Qeyd edək ki, mövzuyla bağlı “Kapital Bank”ın mövqeyini də dərc etməyə hazırıq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ