Sizin reklam burada
Sizin reklam burada

Gəncədə yeni baş həkim vəziyyəti daha da pisləşdirdi… – İTTİHAM

Gəncədə yeni baş həkim vəziyyəti daha da pisləşdirdi… – İTTİHAM





Bu yaxınlarda özəl klinikalardan birində uzun müddət rəhbər işləyən Tibb üzrə fəlsəfə doktoru İlkin İsmayılov Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya baş həkim təyin edilib.Qərb bölgəsinin ən böyük tibb müəssisəsi olan 1 saylı xəstəxana Tibbi Sığortaya keçdikdən sonra tibbi xidmətin keyfiyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşib. Bunu demək və iddia etmək üçün xeyli əsaslar da var.
Məlumat üçün bildirək ki, tibbi xidmətin keyfiyyətinin artırırlması məqsədi ilə Tibbi Ərazi Bölmələri (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən inzibati ərazi vahidləri üzrə əhalinin sayı, xidmət coğrafiyası, nəqliyyat infrastrukturu, tibb müəssisələrinin şəbəkəsi və potensialı, habelə həkim və orta tibb işçilərinin sayı nəzərə alınmaqla yeni idarəetmə qaydaları formalaşdırılıb.
Qanunpress.com-un məlumatına görə, demokratik.az-ın apardığı kiçik araşdırma zamanı məlum oldu ki, əslində Gəncə şəhəri üzrə fəaliyyət göstərən dövlət tibb müəssisələrində çalışan tibb personalı əvvəlki kimi vətəndaşların cibinə necə girməyin yeni yollarını axtarırlar. Artıq o yolları tapıblar da…
Məsələn, Abbas Səhhət adına 1 saylı xəstəxananın MRT-1 şöbəsində müayinəyə gələn pasiyentlər diski öz şəxsi vəsaitləri hesabına alırlar. Xəsətəxanaya gələn sakinlər qoruyucu vasitələrin olmamasından da gileylənirlər. Halbuki, koronavirus pandemiyasının yayılmasına qarşı həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq xəstələrə nə tibbi spirt, maska, nə də ki, əlcək verilir. 245 çarpayılıq xəstəxana binasında 56-sı həkim olmaqla, 370 tibb işçisi çalışmasına baxmayaraq bütün tibbi personal öz şəxsi vəsaitləri hesabına yuxarıda qeyd etdiyimiz qoruyucu vasitələri alırlar. Hazırda pensiya üçün xəsətəxanalara göndərişlə gələn xəstələr 3-5 gün müddətə stasionar müalicədə saxlanılırlar. Göndərişlə gələn pasiyentlər də bütün dərman pereparatlarını öz şəxsi vəsaitləri hesabına alırlar.Hətta, gündə 3 dəfə isti yeməklə təmin olunmalı xəstələr verilən yeməyin keyfiyyətsizliyindən də şikayətlənirlər.
Abbas Səhhət adına 1 saylı xəstəxananın nəzdində olan doğuş şöbəsi perinatal mərkəzlə birləşdirilsə də “doğuş” yenə də pulsuz başa gəlmir.Təbii və qeysəriyyə üsulu ilə doğuşa görə vətəndaşlar 500-1000 manat arasında pul ödəməlidir. Qeyd edək ki, Azərbaycanda stasionar tibb müəssisələrində müalicə olunan və imtiyazlı qruplara daxil olan xəstələr də dərman preparatları və tibbi ləvazimatları ilə təmin olunurlar. Ölkədə stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri, müxtəlif imtiyazlı qruplara daxil olan xəstələrə isə 99 adda dərman preparatları pulsuz paylanılır. Amma görünən odur ki, əksər hallarda bu yalnız kağız üzərində belədir…
Bu gedişatla azərbaycansayağı tibbi xidmət hələ uzun müddət davam edəcək…
Bu xəstəxanadan redaksiyamıza şikayət edən vətəndaşlar deyirlər ki, orada operator vəzifəsində işləyən Həsənova Afət Həsən qızı adlı şəxs sənəd saxtakarlığı ilə məşğuldur. Bu xanımın onlarla vətəndaşı aldadaraq onların 60.500 manat pulunu mənimsədiyi və bunu özünün də etiraf etdiyini sübut edən sənədlər redaksiyamıza təqdim edilmişdir. Bir neçə əlaqədar quruma sorğu göndərib dəqiqləşdirmələr apardıqdan sonra daha geniş məqaləni oxucularımıza təqdim edəcəyik.
Onu da bildirək ki, sözügedən xəstəxana Gəncə Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun şəxsi nəzarəti və maraqları altındadır. Nazim Əhmədov uzun illər məhz bu xəstəxananın baş həkimi olub, hazırki vəzifəyə təyinatındadək bir sıra özbaşınalıqlarının müqabilində töhmətlər alıb. İlkin İsmayılovun Əhmədovun yaxın adamı olduğu iddia edilir…
Qarşı tərəfi də dinləməyə hazırıq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ