Sizin reklam burada
Sizin reklam burada

Gəncə Şəhər Təhsil İdarəsinin rəisinin hərbidən yayınma metodu... - İDDİA

Gəncə Şəhər Təhsil İdarəsinin rəisinin hərbidən yayınma metodu... - İDDİA





Uğurlarından daha çox, baş verən neqativ və qalmaqallı hadisələri ilə gündəmdən düşməyən Gəncə Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev haqqında hər gün yeni məlumatlar yayılır. Müraciətlərə, şikayətlərə baxdıqda Gəncə təhsilinin, idarəetmənin hansı səviyyədə olduğunu təsəvvür eləmək elə də çətin olmur.
Belə ki, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev hərbi xidmətdən dolayı yolla yayınıbdır. Bununla bağlı əlimizdə əsaslar var və xəbərin doğruluğu təsdiqini tapıbdır.
Hərbi-Həkim Ekspertizasının rəyində Anar Qədiməliyevə SİDİK-CİNSİYYƏT SİSTEMİNİN XƏSTƏLİKLƏRİ diaqnozu qoyulubdur. Maddə 71 /b/ bəndində yazılır: “Böyrəklərin xroniki xəstəliyi, böyrəklərin funksiyasının pozulması rəy «b» bəndi üzrə çıxarılır. Belə ki, bu məddə ilə tərxis olunan şəxslər, rəhbər vəzifə, dövlət qulluğunda işləyə bilməsi yolverilməzdir”.
Oxuculardan üzr istəyərək qeyd edək ki, bu maddənin açıqlanması o deməkdir ki, “dayanmadan yerini isladır”. Maraqlı tərəfləri budur ki, hərbi xidmətdə olmayan şəxsin rəhbər vəzifədə, hətta Gəncə Şəhər kimi böyük bir Təhsil İdarəsinin rəisi işləməsi çox acınacaqlıdır.
Aidiyyəti üzrə dövlət qurumlarından xahiş edirik ki, bu faktlar araşdırılsın. Belə bir hal olmadığı halda, adıçəkilən Gəncə Təhsil İdarəsinin şefi Anar Qədiməliyev redaksiyamıza Hərbi biletini təqdim etsə, biz yazdıqlarımıza təkzib verə bilərik.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ