Sizin reklam burada
Sizin reklam burada

Vaxtilə “kupça” satan Rafiq Cəlilov indi Cəlilabadda qəzet, jurnal satdırır… - Cəlilabadın icra başçısı karantin dövründə “patava”sı ilə uşaq bağçasına daxil olur…

Vaxtilə “kupça” satan Rafiq Cəlilov indi Cəlilabadda qəzet, jurnal satdırır… - Cəlilabadın icra başçısı karantin dövründə “patava”sı ilə uşaq bağçasına daxil olur…





Rabitə nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov məhkəmədə dedi ki, Rafiq Cəlilova “aylıq” verirdim…
Cəlilabada yeni təyin edilmiş icra başçısı Rafiq Cəlilov haqqinda son 10 gündə mediada 2 xəbərə rast gəldik:
Birincisi, odur ki, Cəlilabadın yeni icra başçısı Rafiq Cəlilov məktəb direktorlarını yığaraq bildirb ki, məktəblərdə qəzetlər və kitablar məcburi satdırılmalıdır.
Görəsən, Rafiq Cəlilovun qəzet satışına nə dəxli var ?
Məgər Rafiq Cəlilov media maqnatıdır, yoxsa, qəzetlərin reklamı ilə məşğul olur..?
Digər tərəfdən, yeni çapdan çıxan kitabların Rafiq Cəlilova nə dəxli ola bilər ?
Bəlkə, Rafiq Cəlilov kitab biznesi ilə məşğul olur ?
Həm də nəzərə almalıyıq ki, məktəblərdə çalışan müəllimlər digər peşə sahibləri kimi yüksək maaş almırlar.
Belə olan halda müəllimlərdən hər ay 15-20 manat qəzetə, jurnala, kitaba görə, pul yığmağın nə demək olduğunu Rafiq Cəlilov görəsən başa düşmür ?
Ən əsası odur ki, illər uzunu 50-100 min manata “kupça” satan Rafiq Cəliov gör nə gündədir ki, 5-10 manata qəzet satmaqla məşğuldur ?
Mediada rast gəldiyimiz ikinci xəbər isə...
Deməli, nəinki ölkəmiz, hətta bütün dünya koronavirus pandemiyası ilə bağlı mübarizə aparır, hər yerdə karantin qaydaları gözlənilir və s...
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov isə “patava”sı ilə Cəlilabad şəhərində fəaliyyət göstərən 8 saylı körpələr evi-uşaq bağçasına daxil olur...
Bu adamdan soruşan lazımdır ki, sən uşaq olanda sənə tərbiyə verməyiblər ki, evə “patava” ilə daxil olmazlar.
Lap tutaq ki, uşaq vaxtı sənə bunu deməyiblər, bəs səni o boyda vəzifəyə təyin edən cənab Prezident hər gün demir ki, karantin qaydalarına riayət edin ?
Təsəvvür edirsiniz, “patava” ilə körpələr evinə daxil olan icra başçısı müəllimələrə deyib ki, uşaq bağçalarında təmizliyə riayət edin. Buna deyən lazımdır ki, get “patava”nı soyun, sonra sanitar-gigiyenadan danış...
Amma atalar deyib ki, qozbeli qəbir düzəldər.
Çünki, körpələrin oynadığı xalçanın üstünə, hətta mətbəxə “patava”sı ilə çıxan icra başçının hərəkətləri biabırçılıqdır ..
Ümumiyyətlə, Rafiq Cəliov kimdir, bunun keçmişi kim olub ?
Bu adam müxtəlif vəzifələrdə işləyib, amma əsas vəzifəsi Dövlət Əmlak Komitəsində “kupça” satmaq olub.
Bəli, Dövlət Əmlak Komitəsinin sədrinin müavini vəzifəsində işlədiyi zaman Rafiq Cəliovun adı iş adamlarını döydürməkdə, onların qanuni əmlaklarının əllərindən alınmasında hallanıb.
Bir vacib məsələni də qeyd edək və yazını bitirək.
Rabitə nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov məhkəmədə açıq şəkildə dedi ki, hər ay Rafiq Cəliova “aylıq” verirdim.
Şərhə ehtiyac varmı ?
P.S Bundan sonrakı məsələlərlə bağlı Rafiq Cəlilova suallar ünvanlanaraq və geniş məqalə dərc ediləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ