Sizin reklam burada
Sizin reklam burada

Daşkəsəndə Vətən Müharibəsi şəhidləri Elnur Bağırovun və Məhəmməd Abdullayevin anım günü qeyd olunub, xatirə bulağının açılışı keçirilib

Daşkəsəndə Vətən Müharibəsi şəhidləri Elnur Bağırovun və Məhəmməd Abdullayevin anım günü qeyd olunub, xatirə bulağının açılışı keçirilib





Dekabrın 6-da daşkəsənli Vətən Müharibəsi şəhidləri əsgər Bağırov Elnur Sahib oğlunun və əsgər Abdullayev Məhəmməd Vaqif oğlunun Daşkəsən Şəhidlər Xiyabanında keçirilən anım günündə Daşkəsən rayon İcra hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidlərin ailə üzvləri, şəhid anaları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Şəhidlərin xatirəsi yad edilib, məzarlarına gül-çiçək düzülüb, dualar oxunub.

Anım mərasimində çıxış edən Daşkəsən rayon İcra hakimiyyəti başçısının müavini Namiq Süleymanov Şəhidlərin ailələrinə rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin adından bir daha başsağlığı verərək onlara Allahdan səbir diləyib. O, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qüdrətindən, həmçinin Şəhidlərin həyat və döyüş yolundan söz açıb.

Daha sonra Daşkəsən rayonunun Xoşbulaq kəndində Vətən Müharibəsi şəhidi Məhəmməd Abdullayevin xatirəsinə tikilmiş bulaq kompleksinin açılışı keçirilib. Açılış lentini RİHB-nin müavini Namiq Süleymanovla Şəhidin valideynləri kəsiblər.

Şəhid Elnur Bağırovun anası Çiçək Bağırova, şəhid Məhəmməd Abdullayevin atası Vaqif Abdullayev, anası Aybəniz Abdullayeva göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Vətən Müharibəsi şəhidi əsgər Bağırov Elnur Sahib oğlu 1993-cü il aprelin 16-da Daşkəsən şəhərində anadan olub. O, ixtisasca hərbçi, peşəkar snayperçi olub. Elnur Bağırov Vətən Müharibəsində şəxsi igidlik və şücaət göstərib. Elnur Bağırov Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O 2020-ci il dekabrın 6-da Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub. Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Elnur Bağırov “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Vətən Müharibəsi şəhidi əsgər Abdullayev Məhəmməd Vaqif oğlu 1999-cu il aprelin 19-da Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. Məhəmməd Abdullayev Vətən Müharibəsində şəxsi igidlik və şücaət göstərib. Məhəmməd Abdullayev Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O 2020-ci il dekabrın 6-da Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Məhəmməd Abdullayev hərbi hissə qarşısında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini
Daşkəsəndə Vətən Müharibəsi şəhidləri Elnur Bağırovun və Məhəmməd Abdullayevin anım günü qeyd olunub, xatirə bulağının açılışı keçirilib
Daşkəsəndə Vətən Müharibəsi şəhidləri Elnur Bağırovun və Məhəmməd Abdullayevin anım günü qeyd olunub, xatirə bulağının açılışı keçirilib
Daşkəsəndə Vətən Müharibəsi şəhidləri Elnur Bağırovun və Məhəmməd Abdullayevin anım günü qeyd olunub, xatirə bulağının açılışı keçirilib
Daşkəsəndə Vətən Müharibəsi şəhidləri Elnur Bağırovun və Məhəmməd Abdullayevin anım günü qeyd olunub, xatirə bulağının açılışı keçirilib
Daşkəsəndə Vətən Müharibəsi şəhidləri Elnur Bağırovun və Məhəmməd Abdullayevin anım günü qeyd olunub, xatirə bulağının açılışı keçirilib
Daşkəsəndə Vətən Müharibəsi şəhidləri Elnur Bağırovun və Məhəmməd Abdullayevin anım günü qeyd olunub, xatirə bulağının açılışı keçirilib



  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ