Sizin reklam burada
Sizin reklam burada

Daşkəsənli Vətən Müharibəsi şəhidi Elnur Məmmədov anılıb

Noyabrın 23-də daşkəsənli Vətən Müharibəsi şəhidi, əsgər Məmmədov Elnur İsrafil oğlunun anım günü Gəncə Şəhidlər Xiyabanında şəhidin məzarı qarşısında qeyd olunub.
Şəhidin ildönümündə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon bölməsinin rəisi, Şəhidin yaxınları, rayonun şəhid anaları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhidin məzarı ziyarət edilib, xatirəsini anılıb, dualar oxunub.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidin yaxınlarına başsağlığı verdikdən sonra Vətən Müharibəsi şəhidi əsgər Elnur Məmmədovun həyat və döyüş yolundan danışıb. Bildirib ki, Elnur Məmmədov 1989-cu il sentyabrın 16-da Daşkəsən rayonu Xoşbulaq kəndində andan olub. O, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, qəhrəmancasına vuruşmuş, şəxsi igidlik və şücaət göstərmişdir. Elnur Məmmədov 2020-ci oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış, düz əlli gündən sonra 2020-ci il noyabrın 23-də valideynlərinin istəyi ilə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elnur Məmmədov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Şəhidin atası İsrafil Məmmədov və anası Maisə Pirverdiyeva ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildiriblər.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ