Sizin reklam burada
Sizin reklam burada

Ermənistanın atəşkəsi pozmasının arxasındakı İKİ SƏBƏB

Ermənistanın atəşkəsi pozmasının arxasındakı İKİ SƏBƏB




“Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilib”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120 millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir. Bu gecə ərzində atəşin pozulması nəticəsində iki hərbi qulluqçumuz yaralanıb.

Ermənistan tərəfi atəşi pozmaqla nəyə nail olmaq istəyir? Politoloq Natiq Miri Cebhe.info-ya açılamasında bildirib ki, son günlər Azərbaycan -Ermənistan sərhədində intensiv olaraq erməni ordusu mövqelərimizi atəşə tutur və bu proses təkcə sərhəddə deyil, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə, Qarabağda da baş verir:

“Ancaq sərhədlərdə bu atəş getdikcə intensivləşib. Burada Ermənistan hökumətinin müəyyən geosiyasi maraqları var. Bu geosiyasi maraqlar əslində kənardan gələn sifarişlərlə ifadə olunur. Söhbət ondan gedir ki, ortada 10 noyabr,11 yanvar Bəyannaməsi və bu bəyannamələrdən irəli gələn öhdəliklər var. Bu öhdəliklərin altına Ermənistanın baş naziri Nikol Paşinyan imza atıb. Əlbəttə ki, bu imzalar həm də öhdəlikləri yerinə yetirməyi özündə ehtiva edir. Ancaq bu öhdəliklərin yerinə yetirilməsi məsələsinə gəlincə, Ermənistan hökuməti düşünür ki, indiki zəif mövqe nöqteyi-nəzərindən bu proseslərin hamısında yenidən məğlub durumda olacaq.

Çünki əsasən qalib tərəf diktə edən tərəf olur. Burada da məğlub tərəf Ermənistan olduğu üçün bütün proseslərdə, sərhədlərin müəyyənləşməsi, istər bütün kommunikasiyaların, eyni zamanda Zəngəzur dəhlizinin açılması, istərsə də Qarabağda olan qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması kimi bir çox ağrılı məsələlərdə, Ermənistanın mövqeyinə uyğun gəlməyən hadisələr baş verəcək. Ona görə də bu hadisələri sabotaj etmək, müəyyən qədər zaman qazanmaq və ən nəhayət, bu proseslərin içinə 3-cü tərəf olan Rusiyadan başqa 4-cü və 5-cü tərəfləri də qoşmaq istəyi var.

Fransa, Avropa Birliyi, ABŞ kimi hegemon dövlətləri prosesə qatmaqla əslində həm Qarabağda yenidən status məsləsini müzakirə predmetinə çevirmək, həm də paralel olaraq sərhədlərin müəyyənləşməsində guya beynəlxalq praktika adı altında məsələləri uzatmaq, ən azından Ermənistana müəyyən mənada dividentlər qazandırmaq istəyi var. Ancaq Azərbaycan buna imkan vermir”.

Politoloq bildirib ki, Ermənistan tərəfi hər dəfə Azərbaycan mövqelərini atəşə tutarkən ordumuz adekvat cavab verir, hər hərbi təxribatdan sonra Azərbaycan ordusu mövqelərini bir az daha irəli çəkməklə, bütün strateji yüksəklikləri ələ almaqla mövqelərini gücləndirir:

“Əslində Azərbaycan göstərmək istəyir ki, hər bir hərbi təxribata bu cür cavab verməklə prosesləri birtərəfli qaydada özü müəyyən edəcək. Azərbaycan birtərəfli qaydada sərhədlərin müəyyənləşməsi prosesini davam etdirir”.

Politoloqun fikrincə, bu gün Azərbaycan sərhəd xəttini və eyni zamanda müharibə postlarını qurmaqla sərhəddə çox ciddi möhkəmlətmə işləri aparır:

“Birtərəfli qaydada sərhədlərin Azərbaycan tərəfindən müəyyən edilməsi və bərkidilməsi Ermənistan tərəfinin maraqlarına uyğun deyil. Ona görə də Azərbaycan ın mövqelərini atəşə tutmaqla bu prosesi ləngitmək, zəiflətmək istəyirlər. Yəni məsələlərin arxasında iki məqam durur. Birincisi, Azərbaycanın birtərəfli qaydada sərhədləri müəyyənləşdirmək istəyi və getdikcə bu mövqelərdə möhkəmlənməsi, ikincisi də bu proseslərə 3-cü, 4-cü və 5-ci tərəfləri qoşmaqla dolayısı ilə ermənilərin maraqlarının bu prosesin içərisində ifadə etmək istəyidir. Əlbəttə ki, Azərbaycan Ermənistanın bu istəklərinin heç birinə imkan verməyəcək. Çünki 28 il müddətində ATƏT-in Minsk qrupu üçlüyünün fəaliyyəti göz önündədir.

Bundan sonra da həmin üçlüyün bu prosesə, istər Azərbaycan-Ermənistan sərhədi, istər kommunikasiyaların açılması, istərsə də Qarabağda olan erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasına ciddi bir töhfə verəcəyini düşünmürük. Ona görə də bu 4 və 5-ci tərəflərin prosesə bilavasitə qatılmasına Azərbaycan tərəfi imkan verməyəcək. Ermənistan tərəfininin atəş açması əslində Azərbaycanın xeyrinə işləyən bir prosesdir. Çünki hər dəfə Ermənistan ordusu adekvat cavab verməyə zəmin yaratdıqca, Azərbaycan öz təhlükəsizliyini qorumaq haqqından istifadə edərək adekvat cavab verir və hərbi mövqelərini daha da gücləndirir.

Bu, o deməkdir ki, Azərbaycan Zəngəzurda ciddi şəkildə oturuşmaqda və mövqelərini gücləndirməkdədir. Ona görə də bu məsələdə düşünəcək biri varsa, bu, Ermənistan və onun havadarlarıdır. Əslində Fransa Prezidenti Makronun regiona səfəri bu yöndədir. Fransa dövləti yenidən ara qarışdırmaq, Liviya, Suriya, Aralıq dənizində uduzduğu geosiyasi mövqeləri Cənubi Qafqazda bərpa etmək istəyir. Fransa və onun başında duran Makron birmənalı olaraq Ermənistan havadarı olduğunu bütün dünyaya əməlləri ilə sübut edib. Ona görə də Makronun səfərində ciddi nailiyyətin olacağını düşünmürəm. 2022-ci ildə Fransada prezident seçkiləridir və Makronun kiçik də olsa xarici siyasətdə uğura ehtiyacı var. Türkiyə Liviya, Suriya və Aralıq dənizində Fransaya bu məğlubiyyəti yaşatdısa, eləcə də Cənubi Qafqaz səfərində yaşadacaq”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ