Sizin reklam burada
Sizin reklam burada

Şəki Regional Dövlət Kollecdə Səbinə müəllimə"Kor atı minib köndələn çapır" - VİDEO

Şəki Regional Dövlət Kollecdə Səbinə müəllimə"Kor atı minib köndələn çapır" - VİDEO





Hörmətli Təhsil Nazirliyi!
Hörmətli Dövlət Məmurları!
Yazıb sizlərə bilmirəm ki,mən bir valideyn olaraq 01.06.2021 il tarixdə həmin kollecdə Azərbaycan Tarixi fənnini tədris edən Səbinə müəllimə ilə telefon əlaqəsi saxladım.Məqsədim övladımın BSQ imtahanından kəsilməsi idi və səbəbini soruşdum.Lakin müəllimə ilə telefon danışığımız heç də ürəkaçan olmadı.Müəllimə öz səviyyəsini nümayiş etdirərək mənimlə çox aqressiv danışaraq söhbətimizi bitirmədən telefonu üzümə bağladı.Bununla hirsi soyumayan müəllimə xanım tələbələrin vatsap qrupuna əvvəla qadına sonra müəlliməyə yaraşmayan öz səviyyəsinə uyğun qızıma təhqiramiz ifadələr işlədərək uşağın şərəf və ləyaqətini alçaltmışdı.Məni qızımı və bizim simamızda bir çox tələbələrə valideynlərədə ciddi xəbərdarlıq etmişdi.Səbinə xanım bildirmiş ki övladlarınız yaxşı olsaydı daha səviyyəli elm ocaqlarında təhsil alardılar kollecdə yox! Səbinə müəllimə deyək ki bizim övladlarınız 1 ildir ki sizin dediyiniz səviyyəsiz kollecdə təhsil alırlar.Bəs siz neçə ildir ki sözü gedən səviyyəsiz kollecdə dərs deyirsiz? Burada bir məsələ məndə maraq doğurur ki niyə əvvəlki semestr imtahanından kəsilməyən tələbələrin il sonu aldığım məlumata görə 20 tələbənin 10 nəfəri kəsilib? Bunlar bir yana görəsən 10 tələbə və valideyinlər də bizim kimi təhqiramiz sözlərin atəşinə tuş gəlibmi? Görəsən bu qədər ixtiyarı Səbinə müəllimə hansı güc strukturundan alır? Məcazi mənada desək qoruyucu mələyi kimdi?
Bunlardan öncə kollecin rəhbəri Sərdar müəllimin Təhsil Nazirliyinin xəbəri varmı? Ulu Öndərimiz "Uşaqlar bizim gələcəyimizdi" dediyi kəlama hörmətsizlik edən müəllimə xanım məhz bu gün 01.iyun tarixdə neçə neçə uşaqlaın qəlbini qırmışdı. Ölkə Başçımız İlham Əliyev və xanımı Mehriban Xanım valideyn himayəsindən məhrum olan uşaqlarla görüşərək qırılmış qəlblərini sevindirdiyi halda siz neynədiz? Neçə tələbəni gözü yaşlı qoyduz? Nəyə xatir? Səbinə müəllimə bildirisiz ki,sizə yalnız dost tanışlarınızdan gələn zənglər normal zənglərdi. Siz əvvəla müəlliməsiniz sizə hər bir valideyinin haqqı var zəng edib övladıyla bağlı narahat edə. Belə zənglər anormal sayıla bilməz.
Çox Hörmətli Səbinə müəllimə! Nəzərinizə çatdırıram ki, sizin səviyyəsiz adlandırdığınız kolleci iki diplomla bitirib məzunu olmuşam.22 ildir ki də, müəlliməyəm eyni zamanda da Bakı Dövlət Nəşriyyatında 5 informasiya xəbər sayıtlarının direktor müavini vəzifəsində işləyirəm. Allaha çox şükür özümə görə savadım hörmətim və səviyyəm var. Bəs siz kimsiz? Uşaqlaın qəlblərini qıran qatilmi yoxsa öz dərs dediyiniz elm ocağına nankorluq edən pedaqoq müəllimə?
Hörmətli Dövlət Məmurları!
Hörmətli Uşaq Hüquqlarını Müdafiə Nazirliyi!
Hörmətli Təhsil Nazirliyi!
Sizlərin hər birinizdən ayrı ayrılıqda xahiş edirəm.Səbinə müəllimənin bu cür davranışları haqqında dərindən maraqlanaraq haqqında ciddi tədbirlər görülməsi üçün aidiyyatı üzrə qrumlara ciddi tapşırıqlar verəsiniz.
Göstərdiyiniz diqqətə və qayğıya görə sizlərə əvvəlcədən öz minnətdarlığımı bildirirəm.


Yazını dərc etdi: Ramilə Elmanqızı.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ