Sizin reklam burada
Sizin reklam burada

2007-ci ildə Əhəd Abıyev Milli Məclisin deputatı olub, yayılan qərəzli məlumatların ona heç bir aidiyyəti yoxdur

2007-ci ildə Əhəd Abıyev Milli Məclisin deputatı olub, yayılan qərəzli məlumatların ona heç bir aidiyyəti yoxdur



“Huriyyet.az” və bir sıra xəbər saytlarında yayılmış guya “Daşkəsəndə DTX həbslərə başladı: İcra başçısı həbs ediləcəyi xəbərini eşidib rayondan qaçdı” başlıqlı yazılara cavab olaraq bildiririk ki, Daşkəsən rayonunda heç bir korrupsiya əməliyyatı keçirilmir və Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev hazırda iş başındadır. Yayılan məlumatlar qərəzli, uydurma, şayiə və yalandır.

Daşkəsən rayon Xoşbulaq kənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin sabiq müdiri Şahbaz Mehdiyev 2007-ci ildə apardıqları torpaq sənədləşdirilməsinə dair Gəncə şəhər sakini Ələkbərov Rəşad Sədrəddin oğlunun şikayəti əsasında saxlanılıblar və hazırda həmin məsələ Gəncə şəhərində məhkəmədə baxılır.

Bildiririk ki, 2007-ci ildə olmuş həmin məsələnin Əhəd Abıyevlə heç bir bağlılığı və aidiyyəti yoxdur, belə ki, 2007-ci ildə Əhəd Abıyev Milli Məclisin deputatı olub.

Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ