Sizin reklam burada
Sizin reklam burada

Lənkəran Dövlət Universitetindən şikayət var

 Lənkəran Dövlət Universitetindən şikayət var




Lənkəran Dövlət Universitetinin üçüncü tədris ili tələbəsi Təhməzov Mirsəlim Sahib oğlu Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayevə,Lənkəran Dövlət Universitetinin prorektoru İdrak Əsgərovun əməllərindən şikayət edib.Bir surəti də Mediatv.az-ın elektron poçtuna daxil olan müraciətdə deyilir:
Hörmətli cənab nazir, hörmətli mətbuat nümayəndələri!
Nəzərinizə çatdırmaq istəyirəm ki, 28.04.2021 ci il tarixində muzey işinin təşkili və idarə olunması fənnindən müəllimə tərəfindən mənə qarşı olunan haqsızlıq barəsində tədrisin təşkili və təlim texnologiyaları üzrə "prorektor" vəzifəsini icra edən İdrak Əsgərova məlumat versəm də lakin, İdrak Əsgərov müəllim adına uyğun olmayan tərzdə mənimlə danışması bir tələbə kimi mənə psixoloji zərbə oldu!
Xahiş edirəm ki, dövlət tərbiyəsi olmayan "prorektor" vəzifəsini icra edən İdrak Əsgərov və fənn müəlliməsi haqqında qeyd etdiyim məsələ ilə bağlı araşdırma aparıb cəza tədbiri görəsiniz!

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ