Xəbər lentİ
 19-09-2019  Neft yenidən bahalaşıb


Naxçıvanda orduda yeni tədris dövrü başladı - VİDEO

22:13, 06.08.18
590
video
Naxçıvanda orduda yeni tədris dövrü başladı - VİDEO


Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb.
Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, ötən həftə Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində yeni tədris dövrü başlayıb.
Naxçıvan Muxtar Respublikasının ərazisində dislokasiya olunmuş bölmələr döyüş hazırlığı üzrə sutkanın gecə və gündüz vaxtlarında həyəcan siqnalı ilə məşq etdirilib.
Şəxsi heyətin praktiki vərdişlərinin, komandirlərin bölmələri idarəetmə bacarıqlarının və bölmələrin uzlaşmış fəaliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədi ilə döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə praktiki təlim və məşğələlərin keçirilməsinə başlanılıb.

Fikirlər

 Oxşar xəbərlər: