Xəbər lentİ


Madonna avtobioqrafik film çəkir

07:11, 17.09.20
239
medeniyyet
Madonna avtobioqrafik film çəkir




Amerikalı ifaçı Madonna avtobioqrafik filmin çəkilişləri barədə elan edib.

Filmin rejissoru və ssenari müəllifi artistin özü olacaq.

“Filmin diqqət mərkəzində hər zaman musiqi olacaq. Musiqi məni dəstəkləyib, sənət isə həyatımı xilas edib. O qədər danışılmamış və ilhamverici hadisələr olub ki... Onları məndən yaxşı kim danışa bilər?” - deyə Madonna bildirib.

Filmin hazır olacağı vaxt açıqlanmayıb. Ancaq çəkilişləri “Universal Pictures” studiyasının həyata keçirəcəyi məlumdur.

Qeyd edək ki, 62 yaşlı Madonna həyatının 41 ilini ifaçılığa həsr edib. O, karyerasına rəqqasə kimi başlayıb. Kastinqlərin birində prodüserlər ondan oxumasını istəyiblər və məlahətli səs tembri olduğunu vurğulayıblar.//Oxu.az

Fikirlər

 Oxşar xəbərlər: