Xəbər lentİ


Kirayə yolla mənzil almaq üçün şərtlər

08:50, 06.12.19
143
iqtisadiyyat
Kirayə yolla mənzil almaq üçün şərtlər





Mənzillər Bakı və Bakıətrafı, o cümlədən Sumqayıtda çoxmərtəbəli binalardan təklif ediləcək

Məlum olduğu kimi, dövlət başçısının bu il yanvarın 25-də imzaladığı sərəncamla vətəndaşlar kirayə qaldıqları mənzillərə sahib olmaq imkanı əldə etdilər. Uzun müddət idi ki, kirayə yolla mənzil almağın şərtləri və qaydaları müzakirə olunurdu. Artıq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bütün şərtləri açıqlayıb. Fondan verilən məlumatda qeyd edilib ki, kirayə mənzillər Bakı və Bakıətrafı, o cümlədən Sumqayıtda çoxmərtəbəli binalardan veriləcək. Fonda müraciət edən vətəndaşlara heç bir faiz olmadan kirayə mənzillər təqdim olunacaq.

Şərtlərə nəzər salaq. Kirayə mənzillərin alınması üçün yalnız Azərbaycan vətəndaşı olan şəxslər müraciət etməlidirlər. İlkin mərhələdə satmaq öhdəliyi ilə kirayə verilən yaşayış sahəsinin alınması üçün kirayə üçün müraciət olunmalıdır. Belə ki, yaşayış sahəsinin verilməsi üçün yaşayış sahəsi almaq istəyən şəxsin kirayə müqaviləsinin bağlanılması məqsədilə müraciəti, habelə ərizəçinin ailə üzvlərinin müraciəti yalnız “ASAN Xidmət” mərkəzlərindən birində əldə edilmiş gücləndirilmiş elektron imza sertifikatı ilə “Elektron İpoteka və Kredit Zəmanət” sistemində (elektron sistem) yaradılan elektron kabinetdə müvafiq ərizə-anket formasının doldurulması vasitəsilə edilir. Müraciətlər real vaxt rejimində elektron sistemdə qeydiyyata alınır və onlara həmin sistem vasitəsilə qeydiyyat sıra nömrəsi verilir. İkinci mərhələdə bu müraciətə baxılır. Təhlilin nəticəsinə əsasən, ərizəçinin kredit tarixçəsi “müsbət”, “qənaətbəxş” və ya “mənfi” olaraq qiymətləndirilir:

Üçüncü mərhələdə kirayə yolla mənzil əldə etmək istəyən ərizəçinin gəlirləri təhlil edilir. Gəlirlərinin təhlili onun aylıq məcmu gəlirləri əsasında həyata keçirilir. Ərizəçinin aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycan ərazisində əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır. Bu cür gəlirlərə əmək haqqı, sahibkarlıq (ən azı son 12 ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır) və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər, əmək pensiyaları, sosial müavinətlər, alimentlər və sair gəlirlər aid ola bilər. Ərizəçinin gəlirləri elektron sistem vasitəsilə əldə edilən məlumatlara və ya ərizəçi tərəfindən görüş zamanı təqdim edilən vergi, əmək, sığorta, o cümlədən sosial sığorta və bank qanunvericiliyi ilə müəyyən edilmiş təsdiqedici sənədlərə əsasən hesablanır. Gəlirlərinin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, onun orta aylıq gəlirləri ərizəçinin gəlirlərinin təhlili ilə eyni qaydada hesablanır və ərizəçi ilə həmin ailə üzvünün orta aylıq gəlirinin cəmi ərizəçinin orta aylıq gəlirini təşkil edir.

Dördüncü mərhələdə kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləğinin və müddətin müəyyən edilməsi həyata keçirilir. Ərizəçinin kirayə müqaviləsi üzrə aylıq ödənişinin maksimal məbləği onun xalis orta aylıq gəliri əsasında müəyyən edilir. Ərizəçinin xalis orta aylıq gəliri hesablanarkən onun orta aylıq gəlirindən aşağıdakı xərclər çıxılır. Buraya ölkə üzrə yaşayış minimumu məbləği nəzərə alınmaqla ərizəçinin və onun ailə üzvlərinin saxlanması üçün xərclər, ərizəçinin kredit təşkilatlarından aldığı kreditlər, o cümlədən kredit xətləri üzrə icra olunmamış öhdəlikləri və zamin qismində çıxış etdiyi ödənilməmiş kreditlər üzrə ödəniş cədvəlində müəyyən olunmuş aylıq ödənişlər daxildir.

Gəlirlərin nəzərə alınması üçün ərizəçinin ailə üzvü müraciət etdikdə, ərizəçinin orta aylıq gəlirindən əlavə olaraq ailə üzvünün xərclərində yuxarıda verilən ərizəçinin xalis orta aylıq gəlirinin müəyyən olunduğu qaydaya uyğun olaraq çıxılmaqla ərizəçinin xalis orta aylıq gəliri müəyyən edilir.

Əgər müraciət edən evlidirsə, özünün, ailə üzvlərinin yaşayış minimumu, o cümlədən mövcud kredit öhdəlikləri üzrə aylıq ödənişlərin məbləği çıxılaraq hesablanır.

Kredit tarixçəsi “mənfi” qiymətləndirildikdə, ərizəçinin orta aylıq gəlirindən hər bir ailə üzvünə görə yaşayış minimumu məbləğinin 100 faizi və yuxarıda verilən “b” bəndində nəzərdə tutulan xərclər çıxılmaqla.

Kredit tarixçəsi “müsbət”dirsə, subay şəxsin xalis orta aylıq gəlirin 50 faizi götürülməklə ödənişə cəlb olunacaq, evli şəxsin isə xalis orta aylıq gəlirin 70 faizi götürülməklə ödənişə cəlb olunacaq. Kredit tarixçəsi “qənaətbəxş” qiymətləndirildikdə subaylardan xalis orta aylıq gəlirin 40 faizi, evlilərdən xalis orta aylıq gəlirin 80 faizi götürülməklə aylıq ödəniş müəyyən ediləcək.

Kredit tarixçəsi “mənfi” qiymətləndirildikdə subay şəxsin xalis orta aylıq gəlirinin 30 faizi, evli olduqda xalis orta aylıq gəlirin 70 faizi götürülməklə müəyyən ediləcək.

Kirayə müqaviləsi üzrə aylıq ödənişin maksimal məbləği müəyyən edilərkən nəzərə alınır ki, kirayə müqaviləsinin müddəti ilə ərizəçinin və ya gəlirlərinin nəzərə alınması üçün müraciət edən ailə üzvünün ən yaşlısının müraciət anına yaşının cəmi 63 ildən çox olmasın. Məhz bu hesablamalardan sonra kirayə müqaviləsinin bağlanması ilə bağlı müsbət və ya mənfi qərar verilir.

Qərar müsbətdirsə, kirayə üçün yaşayış sahəsinin seçilməsinə başlanılır. Ərizəçi elektron sistemdə 12 aylıq qabaqcadan ödəniş məbləğindən əlavə ödəniş etmək barədə öhdəlik götürdükdə, əlavə ödənişə uyğun olaraq elektron sistemdə daha yüksək aylıq ödənişi olan yaşayış sahələri seçim üçün təklif olunan yaşayış sahələrinin siyahısına əlavə olunur.

Daha sonra kirayə müqaviləsi rəsmiləşdirilir. Bu mərhələdə zəruri sənədlər toplanılır, kirayə müqaviləsi fondun səlahiyyətli nümayəndəsi və ərizəçi tərəfindən imzalanmaqla notariat qaydasında rəsmiləşdirilir. Ərizəçi kirayə müqaviləsi bağlanıldıqdan sonra 3 iş günü ərzində aylıq ödənişin ən azı 12 misli məbləğində pul vəsaitini fonda ödədikdə kirayəçi statusunu qazanır və kirayə müqaviləsi qüvvəyə minir. Yaşayış sahəsi kirayə müqaviləsi qüvvəyə mindiyi andan 3 iş günü müddətində fond tərəfindən kirayəçiyə təhvil-təslim aktı əsasında təhvil verilir. Kirayəçi yaşayış sahəsini istifadəyə qəbul edib müəyyən edilmiş ödəmə qrafikinə uyğun olaraq kirayə müqaviləsi üzrə ödənişlərini aparmalıdır.

Kirayə mənzillər minimum 3, maksimum 25 il müddətinə verilir. Son ödəniş tarixinə yaş 63 yaşdan çox olmamalıdır. İlkin ödəniş aylıq ödənişin ən azı 12 misli məbləğindədir və yalnız manatla olmalıdır. Kirayə hüquqlarının ötürülməsi mümkündür və 3 ildən sonra fondla razılaşdırmaqla həyata keçirilə bilər. Vaxtından əvvəl tam ödəniş də 3 ildən tez olmayaraq həyata keçirilə bilə



Fikirlər

 Oxşar xəbərlər: