Xəbər lentİ


Azərbaycanda çörək bahalaşıb? - Açıqlama

21:39, 18.07.16
290
iqtisadiyyat
Azərbaycanda çörək bahalaşıb? - Açıqlama





Azərbaycanda çörəyin qiymətinin qalxması ilə bağlı məlumatlar yayılıb.



QANUNPRESS.İNFO xəbər verir ki, sosial şəbəkələrdə yer alan xəbərlərə əsasən, işıq pulunun bahalaşması çörəyin qiymətinə təsir göstərib. Bu səbəbdən çörəyin qiymətinin 10 qəpik bahalaşdığı bildirilir.

Hazırda bəzi mağazalarda 40 qəpiklik zavod çörəyinin 50 qəpiyə satıldığı yer alan məlumatlar sırasındadır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, onlarda bu barədə məlumat yoxdur.

A.Əliyevin sözlərinə görə, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə çörəyin bahalaşması barədə məlumat daxil olmayıb.

“Hazırda bizdə bu barədə məlumat yoxdur. Məlumat daxil olarsa, səbəbləri araşdırılacaq”, deyə A.Əliyev vurğulayıb.

Fikirlər

 Oxşar xəbərlər: