"Sumqayıt" Super Liqa klubu ilə heç-heçə edib

21:58, 29.07.19
174
idman
"Sumqayıt" Super Liqa klubu ilə heç-heçə edib


Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün növbəti yoxlama görüşündə qüvvəsini sınayıb.

"Report"un məlumatına görə, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Super Liqaya vəsiqə qazanan "Gənclərbirliyi" ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Gənclik şəhəri" təmsilçisinin qolunu 46-cı dəqiqədə Amil Yunanov vurub.

Qeyd edək ki, "Sumqayıt" daha öncə Rumıniyanın "Petrolul" klubu ilə heç-heçə (2:2) edib. Komanda Türkmənistanın "Ahal" kollektivinə 1:0 hesabı ilə qalib gəlib və Türkiyənin "Diyarbekirspor" komandasına eyni hesabla uduzub.

Fikirlər

 Oxşar xəbərlər: