Xəbər lentİ


Uğurlara imza atan nazir - Azad Rəhimov .

12:31, 29.05.20
373
idman
Uğurlara imza atan nazir - Azad Rəhimov .




Gənclər və idman nazirliyi Azərbaycan Respubilkası Prezidentinin 30 yanvar 2006-cı il tarixli ,539 saylı fərmanı ilə Azərbaycan Respubilkasının Gənclər , İdman və Turizim Nazirliyinin əsasında yaradılmışdır . 7 fevral 2006 -cı ildə Dövlət başçısı İlham Əliyev cənablarının müvafiq sərancamı ilə Azad Rəhimov Gənclər və İdman Naziri təyin olunub . O vaxtdan bəri Dövlət müstəqilliyimizin möhkəmlənməsində , idmanın inkişafında , Dövlət bayrağının beynəlxalq arenalarda dalğalanmasında və azərbaycan gəncliyinin vətənpərvər , idmansevər ruhda böyüməsində bu nazirliyin müstəsna xidmətlərini fəxrlə qeyd etmək olar . Şükürlər olsun ki , bu tendensiya məhz cənab nazir Azad Rəhimovun rəhbərliyi altında davam edir .
Bu gün Azərbaycan idmanına və Azərbaycan gəncliyinə dövlət başçısı İlah Əliyev cənabları tərəfindən xüsusi diqqət və qayğı göstərilir .
Azərbaycan gəncliyi 2017 - 2021 - ci illərdə Dövlət Proqramının təsdiq edilməsi haqqında qərar 15 sentyabr 2017 - ci il tarixdə Azərbaycan Respubilkası Prezidentinin sərancamı ilə təsdiq edilərək öz əksini tapmışdır . Milli maraqlara və milli dəyərlərə əsaslanan gənclər siyasəti beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycan Dövlətinin apardığı dövlət siyasətinin ən əsas və ən ümdə prioritetlərindən biridir . Bu siyasətin məntiqi davamı olaraq hər il 2 - fevral - Azərbaycan Gəncləri günü kimi qeyd edilir .
Azərbaycan Respubilkası Prezidenti yanında Gənclər Fondu yaradılması bilikli , peşəkar , istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi , gənclərin hər tərəfli inkişafını stimullaşdırmışdır .
Son illər Bakıda və regionlarda istifadəyə verilən Gənclər Ev - ləri gənclərin maraq dairəsinin genişlənməsinə , asudə vaxtın mənalı və səmərəli təşkili üçün yeni imkanlar yaratmasına şərait yaratmışdır . Bu gün idmanda olan uğurlar , nailiyyətlər sübut edir ki , Azərbaycan həqiqətən idman ölkəsidir . Məhz bunun parlaq nümunəsi və təzahürüdür ki , hər il 5 - mart - İdman və Bədən Tərbiyyəsi günü kimi qeyd edilir .
Hər zaman dövlət başçısına və onun apardığı daxili və xarici siyasətə vicdanla dəstək verən cənab nazir Azad Rəhimov bu gün Azərbaycan gəncliyinin , İdmanının daha da inkişaf etməsi üçün əlindən gələni edir , yorulmadan çalışır . Cənab Nazir idmançılarımızın daha böyük uğurlara imza atmasını dövlət başçısının Azərbaycan gəncliyinə , Azərbaycan idmanına verilən düzgün qiymətin və aparılan uğurlu siyasətin bəhrəsi kimi dəyərləndirir .
Dövlət başçısı İlham Əliyev Cənablarının tapşırıqlarına , tövsiyyələrinə və mesajlarına rəğmən cənab nazir Azad Rəhimovun apardığı düzgün idarə etmə , peşəkarlıq və qabiliyyətli iş bacarığı bu gün Azərbaycan gənclərini , idmançılarını yeni - yeni uğurlara aparır , işıqlı gələcək prespektivləri yaradır və inamla - ilhamla irəliləyişə səbəb olur .
Xüsusi olaraq onu vurğulamaq yerinə düşür ki , Cənab Nazirin bir sıra dünya ölkələrinə etdiyi işgüzar səfərlər , Beynəlxalq Olimpiya , Avropa və Avrasiya Olimpiya hərakatının rəhbərləri ilə keçirdiyi görüşlər , Dünya Olimpiya oyunlarında etdiyi çıxışlar və bir sıra qlobal mötəbər məclislərdə edilən məruzələrin məntiqi nəticəsi bütün dünyanın Azərbaycan Dövlətinə , Azərbaycan İdmanına və Azərbaycan Gəncliyinə verilən dəyərin bariz nümunəsi parlaq nümayişidir . Sevindirici haldır ki , Azad Rəhimov istər ölkə daxilində , istər ölkə hüdudlarından kənarda hərzaman Azərbaycan dövlətini , Azərbaycan gəncliyini və idmanını layiqincə təmsil edir , Dövlətimizin gənclərə idmana olan qayğısını yüksək qiymətləndirir və yeni - yeni qələbələrə inamını artırır . Nazirlikdə aparılan düzgün kadır siyasəti , təkmilləşdirmə , bacarıqlı idarə etmə gəncliyə olan qayğını diqqəti dahada artırır . Tez - tez təşkil olunan seminarlar , görüşlər və dəyirmi masalar gənclərin həyat fəaliyyətinin dahada geniş sitimullaşmasına təkan verir .
Hörmətli Azad müəllimin və rəhbərlik etdiyi kollektivin uğurları , naliyyətləri Dövlət başçısı tərəfindən yüksək dəyərləndirilib . Azərbaycan Respubilkası Prezidentinin 29 - iyun 2015 - ci il tarixli sərancamı ilə Şöhrət ordeni , 24 - iyul 2019 -cu il sərəncamı ilə isə 1 - ci dərəcəli Vətənə xidmətə görə orden ilə təltif edilmişdir .
Bu gün Dövlətə - Dövlətçiliyə , Xalqa - Millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə - fəxarətlə xidmət edən cənab nazir Azad Rəhimovu və onun rəhbərlik etdiyi kollektivi bizdə Qanunpress olaraq gələcək işlərində uğurlar arzu edir , yeni - yeni nəaliyyətlər diləyirik .
Tanrı Sizləri , Sevdiklərinizi və Azərbaycanımızı qorusun . Amin .
Hörmətlə Qanunpress xəbər portalının Baş Redaktoru Vidadi Gözəlov və Baş Redaktorun müavini Hətəm Allahverdiyev .

Fikirlər

 Oxşar xəbərlər: